Əkbərov Abdulla Hafiz oğlu

670

Əkbərov Abdulla Hafiz oğlu Əkbərov Abdulla Hafiz oğlu

Əkbərov Abdulla Hafiz  oğlu 1975-ci ildə Alpan kəndində anadan olmuşdur.

Uşaqlığı Alpan kəndində keçən Abdulla Alpan kənd orta məktəbini  1992-ci ildə bitirmişdir. Radiotexnikaya olan marağı onda Bakı Rabitə texnikumunda radio-televizor ixtisası üzrə təhsil almaq arzusu yaratmışdı. Amma , Vətənimizin ağır günlərində  o təhsilini davam etdirmək arzusunu gələcəyə saxlayır  və kəndin şəhid oğlanlarının qisasını almaq üçün Milli Ordu sıralarına çağıralacağı günü gözləyir.

Onun gözlədiyi gün gəlib çatır. Abdulla 1993-cü il aprelin 2-də Milli Ordu sıralarına çağırılır. 3 aylıq hərbi təlimdən sonra onu Gəncəyə yola salırlar. Oradan da onu döyüş bölgəsinə-Ağdərəyə göndərirlər.

Çaylı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına  vuruşan  Abdulla  beş erməni dığasını məhv edir. Amma, onun qisas hissi ilə alışıb yanan ürəyini erməni gülləsi susdurur. O, 1993-cü ilin avqust  ayının 1-də şəhidlik zirvəsinə yüksəlir.

Abdulla  kənd əhalisi və tanışları tərəfindən heç vaxt  unudulmayacaq, cəsur bir oğlan kimi həmişə xatırlanacaq. O, “Su Baba” qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

 

Müəllif: İlkin R. Balayev