“Adını bilmədiyim gül” kitabının təqdimat mərasimi keçirilmişdir.

541

    Bu gün (20.04.2017) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda kəndimizin şairə xanımı Firəngiz Sabir qızının “Adını bilmədiyim gül” kitabının təqdimat mərasimi keçirilmişdir. Kitab müəllifin oxucuları ilə ikinci görüşüdür.

    Təqdimat mərasimində iştirak edənlər Firəngizin çox istedadlı bir şairə olduğunu bildirdilər. Söz xiridarlarının dediyinə görə şairənin öz dəsti-xətti var. Müzakirələr zamanı şairənin yaradıcılığı barədə ətraflı məlumat verildi. Təriflərlə yanaşı tənqidlər də səsləndirildi.

    Tədbirdə AYB-nin rəsmiləri ilə yanaşı hamımızın tanığı kəndçilərimiz də öz ürək sözlərini və təbriklərini çatdırdılar. Onlardan Türkiyədə yaşayan həmkəndlimiz hüquq elmləri doktoru Ələsgər müəllim, publisist-yazar Qvami müəllim, tənqidçi-araşdırmaçı eyni zamanda şair-publisist Cabir Albantürk öz ürək sözlərini bildirdilər. İradə xanım, Fəridə xanım və digər kəndçilərimizin də iştirakını xüsusi vurğulamaq lazımdır. Firəngizin sinif yoldaşı kimi bu mötəbər məclisdə mən və Səxavət iştirak edirdik.

    Bir maraqlı məqamı da qeyd edimki, qonaqların əksəriyyəti Firəngizi ilk dəfə idi ki, canlı görürürdü. Onunla ünsiyyət ancaq Facebook sosial şəbəkəsi vasitəsilə gerçəkləşib. Tədbirə qatılmaqla kumirlərini yaxından görmək, onu təbrik etmək və imzalı kitabını əldə etmək istəmişlər.

    Tədbirin sonunda xatirə fotoları çəkdirildi. İmza mərasimi təşkil edildi.

    Firəngizi bir daha təbrik edirəm. Ona yaradıcılıq uğurları arzulayıram.

Müəllif: İlkin R. Balayev