Ağarzayev Balaş Xanbaba oğlu

359

Ağarzayev Balaş Xanbaba oğlu

    Ağarzayev Balaş Xanbaba oğlu 1967-ci ilin 20 yanvarında Alpan kəndində zəhmətkeş kəndli ailəsində anadan olub. Uşaqlıq dövrü  kənddə keçən Balaş hələ uşaqlıqdan qəhrəmanlarla maraqlanar, döyüş səhnələri ilə zəngin filmləri daha çox xoşlayarmış. Alpan kənd məktəbini 1984-cü ildə bitirdikdən sonra ordu sıralarına hərbi xidmətə çağırılır və 1986-cı ildə Monqulustanda hərbi xidmətini başa vurduqdan sonra kəndə qayıdır. Hərbi xidmətdən sonra Quba 103 nömrəli texniki-peşə məktəbinə daxil olmuş və traktorçu ixtisasına yiyələnməşdir. Bir müddət sonra Belqorad şəhərində televizor təmiri ixtisası üzrə texniki-peşə məktəbində təhsil almışdır.

    Vətənimizin həmin illərdəki ağır durumu, müharibə Balaşı bu hadisələrə biganə qalmağa qoymamış və 1993-cü il, oktyabrın 9-da Bakı şəhər Yasamal rayon hərbi komissarlığında Milli Ordu sıralarına yazılmışdır. Döyüş bölgəsində ön cəbhədə döyüşən Balaşın sonuncu döyüşü 1994-cü ilin aprelin 15-də olmuşdur. Ağdərədə gedən ağır döyüşlərdə erməni gülləsinə tuş gələn Balaş gözlərini əbədi olaraq yummuş və şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 19-da kəndin “Subaba” qəbiristanlığında dəfn edilmişdir.

 

Müəllif:İlkin R. Balayev