Ağarzayev Kamran Ələkbər oğlu

845

Ağarzayev Kamran Ələkbər oğlu

    Ağarzayev Kamran Ələkbər oğlu 1974-cü ilin 14 yanvarında Alpan kəndində anadan olmuşdur. 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. Daha sonra 22 nömrəli Bakı texniki peşə məktəbini qaynaqçı ixtisası üzrə bitirmişdir. Milli Ordu sıralarına 1992-ci ilin iyun ayında çağırılan Kamran ön cəbhədə tez bir zamanda döyüş yoldaşları arasında böyük hörmət qazanmış və bir sıra ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Laçın dəhlizi və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Onun son döyüşü Qubadlı rayonun Sofiyan kəndi uğrunda gedən döyüş olmuşdur. 1992-ci ilin oktyabrın 8-də kənd uğrunda gedən qeyri-bərabər döyüşdə mühasirəyə düşən Kamran bir gün sonra qəhrəmancasına həlak olmuşdur. O, çox mərd bir oğlan idi və döyüş yoldaşlarından birini dediyi kimi Kamranın çox nikbin görkəmi vardı. Ən ağır vəziyyətlərdə belə özünü itirmirdi. El-obasına, Vətəninə və torpağına bağlılıq onun hər bir hərəkətindən aydın olurdu.

    Kamran subay idi. Və uşaqlıq vaxtlarında ətrafında oynadığı “Qılınc pir” qəbiristanlığında dəfn edilmişdir.

Müəllif: İlkin R. Balayev