“ALPAN” sözü

440

    Uşaqlıqdan “Alpan” sözünün mənası haqqında adi insanlar arasında belə gedən polemikaların şahidi olmuşam. Tələbəlik illərində dilçi alimlərimizdən bu sözün etimologiyası, daşıdığı mənalar haqqında soruşmuşam.  Onların fikrincə “alp” – kökü igid, mərd və ya ucaboy, ağbəniz, “an”-şəkilçisi də yer mənasını verir. Başqa sözlə desək, “Alpan” igidlər, mərdlər, ucaboylar, ağbənizlər yaşayan yer mənalarına uyğun gəlir.

    “Alpan” sözü ilə əlaqədar yüzlərlə internet saytalrı vardır. Bu, həmin sözün nə qədər beynəlxalq olduğunu göstərir. “Alpan” sözünün bu qədər yayğın olması onun müxtəılif dillərdə daşıdığı leksik mənası ilə bağlıdır. “Etimoloji” (The Online Etymology Dictionary) lüğətdə “Alpan” sözünün əsaını təşkil edən “Alp” – fransısca zirvəsi ağ qarla örtülmüş hər hansı uca dağ (“any high, snow-capped mountain”), latınca isə uca və ya ağ (altus “high,” or albus “white”) mənalarını verir. Bəlkə də buna görədir ki, bu qədər sayda istehsal şirkətləri adlarını “Alpan” qoymaqdadır.”Alpan” sözü həm ucalıq, həm də ağlıq “paklıq”, “saflıq” kimi rəğbət hissi yaradan sözlərlə sıx bağlıdır.

    Müasir ingilis dilində bu gün də “alpine” (alpayn – kimi oxunur) “dağlıq” sifəti kimi işlənir.

    Etimoloji lügətdə “alp” kökünün onlarla sinonimi verilmişdir. Onların əksəriyyəti – zirvə, yüksəkliklə yanaşı “bolluq”, “çoxluq”, “çox say”, “böyük həcm” mənalarını bildirir.

    Bu sözün daha bir maraqlı mənası da “bir şeyin səthində qabarmış xətt, yamacların qovuşduğu yer” mənalarını da daşıyır. Kəndin relyefi bu mənaya da uyğun gəlir. Kənd başdan-başda yamacların qovuşduğu yerdən ibarətdir.

    “Yüksək” – sözü müsbət mənalı bütün isimlərlə işlənərək onların mənalarını artıra bilir. Məsələn: Yüksək səviyyə, mədəniyyət, vətənpərvərlik, keyfiyyət, xidmət, səs, tələbat, əmək haqqı, əhval-ruhiyə və s.

    Alpan kəndində yaşayan isanlar səsdən tutmuş qonaqpərvərliyə qədər bütün yüksək keyfiyyətləri bu gün də qoruyub saxlayırlar.

    İnternetdən də “Alpan” sözü haqqında rast gəldiyim məlumatlardan bir qismini də diqqətinizə çatdırmaq isətrdim.

    Alpan – sözü, əsasən, kişi adı kimi işlənir. Kişi adı kimi 66.67%, qadınlar üçün isə 33.33% işlənir. Bu söz  54.84% ad kimi işlənir. Alpan – sözü ən çox ABŞ-da, daha sonra da İndoneziya və Yunanıstanda işlənir. Beş hərfdən ibarət bu söz orta uzunluqda olmaqla yanaşı, onun qətiyyən tələffüz problemi yoxdur – yazıldığı kimi də oxunur.

Alpan – sözünün işləndiyi yer və ölkələr

 

    “Alpan”  sözü dünyanın səkkiz ölkəsində işlənir. O, yunan dilli ölkələrdə 2032-ci ən çox işlənən addır. Bu söz indoneziya dilini danışan ölkəkələrdə 6745-ci, türk dilli ölkələrdə 7879, alman dilli ölkələrdə 10354-cü ən çox işlənən addır.

Birləşmiş ştatlar: 58.8%

Indonezyia: 11.8%

Yunanıstan: 5.9%

Türkiyə: 5.9%

Birləşmiş Krallıq: 5.9%

Almaniya: 5.9%

Fransa: 5.9%

Müəllif: Rahib Sədullayev