4.5 C
Quba
9/12/2019
Ağagülov Eldəniz Etibar oğlu
    Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndində anadan olmuşdur. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə   Sabir adına sovxozda fəhlə kimi başlamışdır.     1993-cü ilin iyul ayının 5-də Milli Ordu sıralarına çağırılan Eldəniz  Güzdəkdə yerləşən hərbi hissədə xidmət etmiş və 8 ay ərzində burada hərbin sirlərinə yiyələnmişdir. 1994-cü ilin mart ayının 11-də Eldənizi döyüş bölgəsinə-Ağdama göndərirlər....
Ağarzayev Balaş Xanbaba oğlu
    Ağarzayev Balaş Xanbaba oğlu 1967-ci ilin 20 yanvarında Alpan kəndində zəhmətkeş kəndli ailəsində anadan olub. Uşaqlıq dövrü  kənddə keçən Balaş hələ uşaqlıqdan qəhrəmanlarla maraqlanar, döyüş səhnələri ilə zəngin filmləri daha çox xoşlayarmış. Alpan kənd məktəbini 1984-cü ildə bitirdikdən sonra ordu sıralarına hərbi xidmətə çağırılır və 1986-cı ildə Monqulustanda hərbi xidmətini başa vurduqdan sonra kəndə qayıdır. Hərbi xidmətdən sonra Quba...
Rəsulov Şükür Şahbaba oğlu
    Rəsulov Şükür Şahbaba oğlu 1967-ci il dekabr ayının 30-da Alpan kəndində anadan olmuşdur. 1984-cü ildə kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt Politexnik texnikumuna daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır və Əfqanıstanda xidmət edir. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra Bakıda 1 saylı  un  kombinatında  sex rəisi vəzifəsində çalışır.     1991-ci ilin noyabrında  Milli Ordu sıralarına yazılaraq cəbhəyə yollanır. ...
Kamilov Fuad Zahir oğlu
    Mən orta məktəbdə oxuyarkən Fuadın döyüş zamanı etdiyi qəhrəmanlıqlar  haqqında çox  eşitmişdim. Mənim uşaq yaddaşımda Fuadın qəhrəman siması formalaşmışdı, halbuki mən onu heç vaxt görməmişdim. Amma, mən onu təsəvvür edə bilirdim.     Fuad, 25 aprel 1969-cu ildə Alpan kəndində, zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Atası Zahir müəllim kəndimizin sayılıb seçilən müəllimlərindəndir. O, uşaqlara hələ kiçik yaşlarından Vətəni sevməyi, Vətən uğrunda...
Novruzov Eldar Əmirsultan oğlu
    Novruzov Eldar Əmirsultan oğlu 1975-ci il mayın 28-də Alpanda anadan olub. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdikdən sonra  atası ilə birgə Sabir adına sovxozda icarədar işləmişdir. 1993-cü il iyul ayının 12-də ordu sıralarına yazılmışdır. Hərbi texnikanın və silahların sirlərinə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə yiyələnmişdir. Onun döyüş yolu Ağdərə bölgəsindən başlamışdır və bir çox qaynar nöqtələrdə erməni...
Əkbərov Abdulla Hafiz oğlu Əkbərov Abdulla Hafiz oğlu
Əkbərov Abdulla Hafiz  oğlu 1975-ci ildə Alpan kəndində anadan olmuşdur. Uşaqlığı Alpan kəndində keçən Abdulla Alpan kənd orta məktəbini  1992-ci ildə bitirmişdir. Radiotexnikaya olan marağı onda Bakı Rabitə texnikumunda radio-televizor ixtisası üzrə təhsil almaq arzusu yaratmışdı. Amma , Vətənimizin ağır günlərində  o təhsilini davam etdirmək arzusunu gələcəyə saxlayır  və kəndin şəhid oğlanlarının qisasını almaq üçün Milli Ordu sıralarına çağıralacağı günü...
Ağarzayev Ürfan Gülməmməd oğlu
    Ağarzayev Ürfan Gülməmməd oğlu 1972-ci il, mart ayının 7-də Alpan kəndində anadan olmuşdur. 1987-ci ildə kənd orta məktəbini bitirən Ürfan 1990 –cı ildə Quba 103 nömrəli texniki peşə məktəbini geniş profilli traktorçu-mexanizator ixtisası üzrə bitirmişdir. Amansız müharibə onu digər azəri oğulları kimi  Vətənin müdafiəsinə qalxmağa səsləmiş və o şanlı döyüş yolu keçmişdir. Bir neçə qaynar döyüş bölgələrində olmuş və...
Ağarzayev Kamran Ələkbər oğlu
    Ağarzayev Kamran Ələkbər oğlu 1974-cü ilin 14 yanvarında Alpan kəndində anadan olmuşdur. 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. Daha sonra 22 nömrəli Bakı texniki peşə məktəbini qaynaqçı ixtisası üzrə bitirmişdir. Milli Ordu sıralarına 1992-ci ilin iyun ayında çağırılan Kamran ön cəbhədə tez bir zamanda döyüş yoldaşları arasında böyük hörmət qazanmış və bir sıra ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Laçın...
    Muradov Şakir Şahabəddin oğlu 1974-cü ilin 18 aprelində Alpan kəndində anadan olmuşdur. Kənd orta məktəbinin 8-ci sinifini 1989-cu ildə bitirdikdən sonra Quba 103 saylı texniki –peşə məktəbində təhsilini davam etdirmiş və geniş profilli traktorçu-mexanizator ixtisasını almışdır.     Vətənin ağır günlərində,1992-ci ilin sentyabr ayında  könüllü olaraq ordu  sıralarına qoşulmuş və cəbhə bölgəsinə yollanmışdır. Ağır döyüşlərdə iştirak etmiş və daxilində alovlanan  Vətən sevgisi...
Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu
    Kəndimizin ilk şəhidi  Elşad Bayramov 1971-ci ilin 29 aprelində Alpan kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət  Sabir adına  sovxozda  fəhlə  işləmişdir. 1989-1992-ci illərdə Sovet Ordusu sıralarında  xidmət etmiş və 1992-ci iin  iyul ayında  Milli orduya yazılmışdır.     Elşad  şərəfli döyüş  yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur....

HAVA PROQNOZU

Quba
overcast clouds
4.5 ° C
4.5 °
4.5 °
85%
2.4kmh
100%
Tue
7 °
Wed
7 °
Thu
6 °
Fri
5 °
Sat
5 °

ƏN ÇOX OXUNAN YAZILAR