5.4 C
Quba
29/3/2020
İsrafil kişi haqqında ilk məlumatı atamdan eşitmişdim. Atam ondan hər dəfə söz açanda deyərdi: “İsrafil kişi heyvanların və quşların dilini bilən insandır. Doğrudur, heyvan və quşları müalicə edən İsrafil kişi onlardan xoş sözlər eşitmir, amma çox böyük savab qazanır”. Məmmədov İsrafil Paşa oğlu 1926-cı ildə Quba rayonun Alpan kəndində zəhmətkeş ailəsində dünyaya göz açmışdır. 1938-ci ildə Alpan kənd 7 illik...
    İnsan var ki, sağlığında da yeri görünmür, kölgə kimi dolaşır, elə kölgə kimi də izsiz itir. Mənalı ömür sürənlər isə həyatda, nəinki doğmalarının, eləcə də mənsub olduğu kənd, şəhər sakinlərinin qəlbində və hafizəsində silinməz izlər qoyur, gəlimli-gedimli dünyada ölümsüzlük zirvəsinə yüksəlirlər. Bu sözləri bütövlükdə bir ailənin başçılarına - Əziz kişiyə də, Zərifə müəlliməyə də şamil etmək olar. Nümunəvi ailə     Kəndimizdə özəyi...
    Bu dəfə sizə kəndimizdə ilk dəfə gördüyüm minik avtomobili, daha doğrusu, indi tarixin yaddaşına qovuşan “Pobeda, həmçinin onun sahibi və ailəsi barədə söz açmaq istəyirəm. Bəri başdan deyim ki, Xəmməd Dövlət oğlu Zülfüqarova məxsus bu maşın yalnız kəndimizdə deyil, ümumiyyətlə, respublikamızda peyda olan ilk “Pobeda” olub.     Xəmməd Zülfüqarovun həyat yoldaşı Sara xanımın sözlərinə görə, rus dilini mükəmməl bilən Xəmməd kişi...
Proloq     Quba-Qusar yolundan kəndimizə tərəf istiqamət götürəndə bir qayda olaraq, həmişə Vahid müəllim yadıma düşür. Təbii ki, belə məqamlarda onun rununa dualar da oxuyuram. Bu da səbəbsiz deyil. Axı ötən əsrin yetmişinci illərində kəndimizin daşlı-kəsəkli, tozlu-torpaqlı yolunu Quba-Qusar yolu ilə eyni səviyyəyə çatdıran, daha doğrusu, asfaltlaşdıran, bununla da ona müasirlik bəxş edən məhz o kişi olub. Odur ki, mən həmin...
Kənan Zaman oğlu Qayıbov-alpan.az
     Sözün düzü, xeyli vaxt idi ki, Kənan müəllimi axtarırdım. Axtarırdım ki, onun, eyni zamanda atası Zaman müəllim haqqında nəsə yazım. Di gəl, yaşadığı mənzil bir yana, heç cib telefonunun nömrəsini də bir kimsədən öyrənə bilmirdim. Onu soruşanlar da sanki sözləşiblərmiş kimi:  “Nömrəsini bilmirik”, - deyirdilər. Amma atalar yaxşı deyiblər: “Axtaran tapar”. Nəhayət, günlərin bir günü tanışlarımdan biri çox gərgin...
Zaman Qayıbov
Proloq      Bəy əsilli Zaman Qayıbov ötən əsrin 60-cı illərində mənim rus dili fənni üzrə müəllimim olub. İndiki kimi yadımdadır. O zaman biz kəndin mərkəzində yerləşən əsas məktəb binasında yer olmadığına görə, onun 25-30 metrliyindəki təsərrüfat məqsədləri üçün istifadə olunan olduqca köhnə bir binada təhsil alırdıq. Hazırda həmin tikilidən əsər-əlamət qalmayıb. Nə isə...      Mən ilk dəfə Xalq şairi Səməd Vurğuna olan el...
Amil Ağarzayev alpan.az
Quba pəhləvanlar diyarıdır. Şahdağın təravətli havası, bulaqlarının diş göynədən suyu və təbii nemətlərin bolluğunda rayonumuzda və kəndimizdə zaman-zaman pəhləvan oğullar dünyaya gəlmiş və yetişmişdir. İrsən, nəsildən nəsilə keçən bu bacarıq sahibləri hazırda da yaşayır və hünərlərini göstərirlər. Qədim dövrlərdən günümüzə qədər Quba pəhləvanları yarış meydanlarında öz hünərlərini göstərmiş və özlərindən söz etdirməyi bacarmışlar. Dünyada tanınan pəhləvanlarımız var ki, onlar haqqında...
          Müdriklərdən biri demişdir ki, xəttini göstər sənin kim olduğunu deyim. Bu deyimdə bir həqiqət var. Gözəl xətt sahibinin bir çox üstün cəhətləri  olur. Savadı və səbri isə ən əsas cəhətlərdəndir. Gözəl xətt ilə yaza bilənləri Xəttat adlandırırlar. Xəttatlıq incəsənətin bir növü olmasa da o qədim el sənətidir. Buna əlyazma sənəti də deyirlər. Hazırda bu sənətin davamçıları azdır. Texnologiyanın inkişafı...
    Təkcə üzümü irəli tutub xoş sabaha doğru iri addımlarla getməyi xoşlayanlardan deyiləm. Eyni zamanda aradabir dayanıb geriyə baxmağı da xoşlayıram. Hər dəfə geriyə dönüb baxanda uşaqlıq dostlarım, şagird yoldaşlarım kimi, tələbə yoldaşlarımı da şirin duyğularla xatırlayıram. ...Tələbə həyatına başladığımız ilk günlərdən diqqətimi çəkənlərdən biri də Qvami Məhəbbətoğlu (Rəsulov) idi. O, dərin savadı, hərtərəfli biliyi və yüksək intellekti...
alpan.az-Renad
  Uğur əldə etmək üçün çalışmalısan, yuxusuz gecələr, ağır iş və yaşıdlarının həyat tərzindən fərqli bir hayat yaşamalısan. Məhəllə uşaqları, sinif yoldaşların və yaşıdlarının keçirdiyi asudə vaxt və məşquliyyətlər səndən qismən uzaq olmalıdır ki, sən məqsədinə çatasan,uğur qazana biləsən. Asudə vaxt və sərbəst məşquliyyətlər hər zaman mümkündür, amma uğur qazanmaq üçün mütləq müəyyən şeylərin üstündən xətt çəkməlisən. Sən uğur qazananda...

HAVA PROQNOZU

Quba
clear sky
5.4 ° C
5.4 °
5.4 °
60%
1.6kmh
0%
Mon
11 °
Tue
12 °
Wed
14 °
Thu
10 °
Fri
10 °

ƏN ÇOX OXUNAN YAZILAR