1 C
Quba
25/1/2020
İslam Bəyəhmədov alpan.az
     Bəyəhmədov İslam Akif oğlu 30.08.1979-cu ildə Quba rayonunun Alpan kəndində ziyalı ailəsində anadan olmuşdur.      1986-1996 cı illərdə Alpan kənd orta məktəbində təhsil almış və orta məktəbi əla qiymətlərlə bitirmişdir.      Əmək fəaliyyətinə 1996-cı ildən Quba rayonu M.Ə.Sabir adına “Meyvəçilik” sovxozunda fəhlə kimi başlamış, həmin il Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Meyvəçilik, tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olduğu üçün işdən azad olunmuşdur. 2000-ci ildə...
    Alpan kəndində ilk dünyəvi məktəb 1910-cu ildə təşkil edilmişdir. Bir sinifdən ibarət olan bu ilk təhsil ocağımız bəy nəslindən olan hörmətli ziyalımız Zaman Qayıbovun mənzilində yerləşmişdir. Bu məktəbdə 12 şagird təhsil alırdı. Məktəbin ilk müəllimi Mariya Timofeyevna olmuşdur.     1915-ci ildə Alpanda ilk məktəb binası tikilmişdir. Bu binada dörd sinifli ibtidai məktəb təşkil olunmuşdu. Məktəbin müdiri vəzifəsində Qazaxlı Harun müəllim çalışmışdır....
“Məktəbin ürəyi” illər boyunca apardığım müşahidələr, öz təcrübələrim, yaşadığım, şahidi olduğum hadisələr, həmkarlarımın söz-söhbətləri, pedaqogikada “resepti”ni tapa bilmədiyim məqamlar,  oxuduqlarımın real həyatla əlaqəsini öyrənmək istəyi sayəsində yarandı. Müxtəlif zamanlarda yazdığım pedaqoji yazıları toplayıb bu ad altında çap etdirməyi qərara aldım. Hamı bilir ki, milli mətbəximizin ən ləziz xörəyi olan plovun nə qədər çeşidi və resepti var. Hər çeşidi də...
    Yazımın başlığı oxucunu təəccübləndirməsin. Alpanda yaşayanlar bilir ki, bu kənddə xərçəngə rast gəlinmir. Məqsədim bizim kəndimizdə doğurdanmı xərçəngin yaşayıb-yaşamadığını araşdırmaq deyil.     Kimsəyə sirr deyil ki, Quba zonasında , o cümlədən də Alpanda qədim el sənəti olan xalçaçılıq tarixən mövcud olmuş və hazırda da az da olsa  mövcuddur. Nənələrimizin toxuduğu xalçalar bir çox evlərin bəzəyinə, qiymətli əşyasına çevrilmişdir. Alpan xalçalarına Azərbaycan...
Alpan nələr deyir, Əjdər Fərzəli-alpan.az
      Hələ eramızdan əvvəl Cənubi Azərbaycan – Atropatena, yaxud Atropat Midiyası, Şimali Azərbaycan isə Albaniya adlanmışdır. Tarixdə ona Qafqaz Albaniyası da deyilib. Onun sərhədləri Araz çayından Dərbəndə qədər uzanmışdır. Eramızın V-VI əsrlərindən başlayaraq həmin ölkə (bəzi mənbələrdə onun bir hissəsi) Aran ölkəsi kimi tanınmışdır. Amma bu gün də belə bir elmi fikir qüvvədə qalır ki, Şimali Azərbaycanın düzənlik sahəsi Aran,...
    Babayev Zabit Bəcan oğlu 1952-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Uşaqlığını Alpan kəndində keçirən Zabit müəllim tarixçi olmaq arzusunda idi. Kənd məktəbini əla qiymətlərlə bitirən Zabit müəllim 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul edilib. 1981-ci ildə universiteti əla qiymətlərlə bitirib.     Zabit müəllim ali məktəbdə oxuduğu illərdən ictimai işlərlə məşğul olmuşdur. Elə bu səbəbdəndir ki, o ...
    Hər il çərşənbələr yaxınlaşdıqca məni bir fikir düşündürür. Niyə məhz ÇƏRŞƏNBƏ. Niyə bu əlamətdar günlərin sayı dörddür və niyə bunlar Boz ayda, Kiçik Çillə çıxdıqdan sonra qeyd edilir və NOVRUZ bayramınadək yekunlaşır. Belə “NİYƏ”lərin sayını artıra da bilərəm. Müraciət etdiyim bir neçə mənbə, internetdə paylaşılmış məqalələr , şəxsən görüşüb söhbət etdiyim insanlar və bu əlamətdar günlərlə bağlı yaşadığım zamanın...
         Qafqaz Albaniyasının mübahisəli və təhrif edilmiş tarixini öyrənmək və araşdırmaq bir alban (alpan) türkü olaraq məni daim düşündürmüş və bu mövzuya münasibət bildirməyə sövq etmişdir. Qədim Çin mənbələrində, Hun оrdulаrındа хüsusi təlim görmüş, təkbətək, əlbəyаха döyüş ustаlаrınа Аlpаqu (özbəklərdə аlpаmış, оğuzlаrdа аlpərən) аdı vеrildiyi göstərilir və Hunlаrın Yunаn mənbələrində Аlbihun аdlаnmаsı dа bəllidir. Böyük mütəfəkkir, tаriхçi, şаir Аbbаsqulu Аğа Bаkıхаnоv...
    Mən tarixçi deyiləm. Amma tarixə olan marağım və ən əsası, kəndimizə olan sevgim məndə kəndimizin tarixinə başqa bir rakusdan baxmağa həvəs yaratdı. Qeyd edəcəyim məlumatlar oxuduğum kitablar, məqalələr və kənd camaatından eşitdiyim rəvayətlər əsasında tərtib edilmişdir.     Uşaqlıq dövründə mən müxtəlif əşyaları toplamağı xoşlayardım. Məsələn, topladığım əşyalar arasında yüzlərlə  maşın şəkilləri, müxtəlif ölkələrin pulları, qədim əşyalar və saxsı qabların qırıntılarını görmək...
    Bugün qocaman təhsil ocağımızda növbəti son zəng çalındı. Xəyallarım məni 15 il öncəyə 1999-cu ilə apardı. O il bu ilki onbirincilər körpə idilər. Həmin il mənim həyatımda yeni bir dövrün başlanğıcı idi. Mənim son zəngimdən,qayğısız uşaqlıq və məktəb illərimdən on beş il keçdi bu gün. O anları bugün bir daha yaşadım. Yeni həyata qədəm qoyan onbirincilərin üzündəki təbəssümü,kədəri gördükcə...

HAVA PROQNOZU

Quba
broken clouds
1 ° C
1 °
1 °
47%
2.2kmh
83%
Sun
5 °
Mon
4 °
Tue
7 °
Wed
7 °
Thu
8 °

ƏN ÇOX OXUNAN YAZILAR