22.6 C
Quba
15/7/2019
Cabir Məmmədov alpan.az
       Səmimiyyəti, təvazökarlığı və böyüklüyü ilə insanların qəlbinə yol tapa bilmiş bir insan barədə yazmaq istərdim. Sadaladıqlarım onun yeganə müsbət cəhətləri deyil. O, eyni zamanda gözəl insan, qayğıkeş ailə başçısı və ən əsası da ona pənah gətirmişlərin sağlamlıq durumunu normal hala salan tanınmış həkimdir. Hər bir kəs öz sağlamlığını qeyd-şərtsiz ona etibar edir. Öz sağlamlığınının qorunmasını ona etibar edən şəxslərdən...
       Kəndimizin şairə xanımı Firəngiz Əhmədova (Firəngiz Alp Ana) özünün ikinci kitabının təqdimatında tezliklə yeni kitabının nəşr ediləcəyi anonsunu vermişdir. Bu günlərdə onun yeni, sayca üçüncü kitabı işıq üzü görüb. “Əzizlə Dərd Yaramı..!” adlı kitabında Firəngiz xanımın son vaxtlar yazdığı və oxucunun tanış olmadığı şeirlər və dövrü mətbuatda nəşr edilən bir neçə şeirləri toplanmışdır.      Şairənin şeirlərini gündəlik olaraq sosial şəbəkələr vasitəsilə...
“Məktəbin ürəyi” illər boyunca apardığım müşahidələr, öz təcrübələrim, yaşadığım, şahidi olduğum hadisələr, həmkarlarımın söz-söhbətləri, pedaqogikada “resepti”ni tapa bilmədiyim məqamlar,  oxuduqlarımın real həyatla əlaqəsini öyrənmək istəyi sayəsində yarandı. Müxtəlif zamanlarda yazdığım pedaqoji yazıları toplayıb bu ad altında çap etdirməyi qərara aldım. Hamı bilir ki, milli mətbəximizin ən ləziz xörəyi olan plovun nə qədər çeşidi və resepti var. Hər çeşidi də...
    Bu gün (20.04.2017) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda kəndimizin şairə xanımı Firəngiz Sabir qızının “Adını bilmədiyim gül” kitabının təqdimat mərasimi keçirilmişdir. Kitab müəllifin oxucuları ilə ikinci görüşüdür.     Təqdimat mərasimində iştirak edənlər Firəngizin çox istedadlı bir şairə olduğunu bildirdilər. Söz xiridarlarının dediyinə görə şairənin öz dəsti-xətti var. Müzakirələr zamanı şairənin yaradıcılığı barədə ətraflı məlumat verildi. Təriflərlə yanaşı tənqidlər də səsləndirildi.     Tədbirdə AYB-nin...
Rahib Sədullayev alpan.az
    Onunla planlaşdırdığımız kimi məktəbin foyesində görüşdük. Əlində “Zaman” qəzetinin sonuncu sayı  və yeni çapdan çıxmış kitabı var idi. Görüşdük. Hal-əhvaldan sonra kitabını və qəzeti təqdim etdi,qəzetdə sonuncu məqaləsinin olduğunu bildirdi.     Rayonumuzun və kəndimizin sayılıb- seçilən, qabaqcıl müəllimlərindən olan insanla söhbətimiz istədiyim məcrada gedirdi. Hər kəlməmi diqqətlə dinləyir və məsləhətlərini verirdi. Onunla söhbətimiz yarım saat zaman kəsiyində olmasına baxmayaraq çox məsələnin...
      Ələskərli Ələskər Ramazan oğlu 26 dekabr 1968-ci ildə Alpan kəndində anadan olmuşdur.     1976-1986-cı illərdə Alpan kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunan Ələskər Ələskərli 1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş, 1997-ci ildə oranı bitirdikdən sonra Türkiyədə Mərmərə Universitetində təhsilini...
Ənvər müıllim alpan.az
     Ələskərov Ənvər İsmayıl oğlu 30 may 1948-ci ildə Quba rayonun Alpan kəndində anadan olmuşdur.      1956-1966-cı illərdə Alpan kənd məktəbində təhsil almış və orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Texniki Peşə məktəbində davam etdirmişdir. 1966-1968-ci illəri əhatə edən bu müddətdə elektrotexnik ixtisasına yiyələnməşdir.      Amma,uşaqlıqdan arzusunda olduğu ali təhsil almaq istəyi onu Azərbaycan Pedaqoji İnstitutuna gətirib çıxarır və 1968-ci ildə o  Azərbaycan Pedaqoji...
Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu
    Kəndimizin ilk şəhidi  Elşad Bayramov 1971-ci ilin 29 aprelində Alpan kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət  Sabir adına  sovxozda  fəhlə  işləmişdir. 1989-1992-ci illərdə Sovet Ordusu sıralarında  xidmət etmiş və 1992-ci iin  iyul ayında  Milli orduya yazılmışdır.     Elşad  şərəfli döyüş  yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur....
    Babayev Zabit Bəcan oğlu 1952-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Uşaqlığını Alpan kəndində keçirən Zabit müəllim tarixçi olmaq arzusunda idi. Kənd məktəbini əla qiymətlərlə bitirən Zabit müəllim 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul edilib. 1981-ci ildə universiteti əla qiymətlərlə bitirib.     Zabit müəllim ali məktəbdə oxuduğu illərdən ictimai işlərlə məşğul olmuşdur. Elə bu səbəbdəndir ki, o ...
    Şahmuradov Aqil Şövkət oğlu – 1965-ci il oktyabrın 3-də Quba rayonunun   Alpan kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə  Quba rayon Alpan kənd  orta məktəbində  orta təhsil almış, 1983-1985-ci illərdə  Rusiya Federasiyası Arxangels vilayəti Severodvinsk şəhərində hərbi xidmətdə olmuşdur.     1988-ci ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetinə daxil olmuş, 1993-cü ildə həmin universiteti bitirərək tarixçi, ispan dili üzrə  tərcüməçi-referent ixtisaslarına yiyələnmişdir.     1994-1997-ci illərdə  Bakı Dövlət...

HAVA PROQNOZU

Quba
scattered clouds
22.6 ° C
22.6 °
22.6 °
63%
4.2kmh
31%
Tue
29 °
Wed
29 °
Thu
33 °
Fri
33 °
Sat
33 °

ƏN ÇOX OXUNAN YAZILAR