22.6 C
Quba
15/7/2019
Alpan təbiəti, Füsunkar kənd, Quba, Alpan, alpan.azvideo
https://www.youtube.com/watch?v=8wylsoSxA40&t=1s Alpan kəndi Bakıdan 165 km məsafədə, Quba rayonunun şimal-qərbində(rayon mərkəzindən 17 km məsafədə ) yerləşir. Koordinatları:  41° 23' 17" (41.388056°)şimal-en dairəsi, 48° 25' 49" (48.430278°) şərq-uzunluq dairəsi. Dəniz səviyyəsindən hündürlüyü: 758 metr. Quba rayon mərkəzindən 17 km məsafədə Qusar rayonu ilə həmsərhəd kənd. Əhalisi: 3308 nəfər. Sahəsi:200 km2 Dili:Azərbaycan dili. Alpan kəndində iki məktəb, sağlamlıq mərkəzi, mədəniyyət evi, kitabxana,klub,telefon qovşağı, poçt fəaliyyət göstərir.
    Şahdağın sərin mehinin tumarladığı bir kənd var Quba rayonunda. O kənddən Şahdağ çox əzəmətli, vüqarlı görünür. Bəlkə də başqa bir kənddən çətin ki Şahdağ belə gözəl görünsün. Bu kənd - doğulduğum, qayğısız uşaqlıq illərimi keçirdiyim doğma kəndim Alpan kəndidir. Qoca təbiət xəsislik etməmiş, bir rəssam məharəti ilə füsünkar bir mənzərə bəxş etmişdir bu kəndə. Diş göynədən bulaqlarını, sərin meşələrini,...
    Mən tarixçi deyiləm. Amma tarixə olan marağım və ən əsası, kəndimizə olan sevgim məndə kəndimizin tarixinə başqa bir rakusdan baxmağa həvəs yaratdı. Qeyd edəcəyim məlumatlar oxuduğum kitablar, məqalələr və kənd camaatından eşitdiyim rəvayətlər əsasında tərtib edilmişdir.     Uşaqlıq dövründə mən müxtəlif əşyaları toplamağı xoşlayardım. Məsələn, topladığım əşyalar arasında yüzlərlə  maşın şəkilləri, müxtəlif ölkələrin pulları, qədim əşyalar və saxsı qabların qırıntılarını görmək...
alpan.az
    Quba rayonunda,zümrüd meşələrin baş-başa verdiyi cənnət misilli yerdə gözəl bir kənd yaşayır. Sinəsini  Şah dağın sərin və saf küləklərinə açmış bu kəndin adı Alpandır. Bəli, o, qədim Azərbaycan dövləti Albaniyanın canlı simvolu kimi bu gün də bizimlə nəfəs alır...     Gündən-günə böyüyən,abadlaşan Alpanda hal-hazırda  üç mindən artıq əhali yaşayır. Xeyli soydaşımız  isə Bakı, Sumqayıt şəhərlərində, azərbaycanın bir sıra  rayon və qəsəbələrində...
İSTEHSALI     Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq Qusar rayonunun xalçaçılıq məntəqələrində də geniş yayılmağa başlamışdır. BƏDİİ XÜSUSİYYƏTLƏRİ     «Alpan» xalçalarının bədii kompozisiyası iki varianta malikdir. Birinci variant.     Bu xalçaların ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulmuşdur. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil...
bir kendden daha artiq
Alban // Alpan mifoloji toponimi     Türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının məişətində movcud olan dil və folklor materiallarını tutuşdurarkən mifologiyamızada xüsusi yer tutan “Al” tapınışı ilə əlaqədar mifoloji toponimlərin  olması üzə çıxır.     Materialların təhlili göstərir ki, Azərbaycan dilində Al tapınışı ilə bağlı olan toponimlər 3 fonetik variantda işlənir: Al  morfemi  və digər hissəciklərdən ibarət mifoloji toponimlər: Alban, Alpan, Alpout, Allar, Alar, Alpı...
    Uşaqlıqdan “Alpan” sözünün mənası haqqında adi insanlar arasında belə gedən polemikaların şahidi olmuşam. Tələbəlik illərində dilçi alimlərimizdən bu sözün etimologiyası, daşıdığı mənalar haqqında soruşmuşam.  Onların fikrincə “alp” – kökü igid, mərd və ya ucaboy, ağbəniz, “an”-şəkilçisi də yer mənasını verir. Başqa sözlə desək, “Alpan” igidlər, mərdlər, ucaboylar, ağbənizlər yaşayan yer mənalarına uyğun gəlir.     “Alpan” sözü ilə əlaqədar yüzlərlə internet saytalrı...
Bu bölmədə tarixən , nəsildən-nəsilə keçən, unudulan və hazırda yaşayan adətlərimizdən danışacağıq. Bizi izləyin...
Alpan məsçidi, tarixi məsçid, islam, din, alpan.az
    Din, inam, etiqad... Bu məvhumların insan həyatındakı rolu danılmazdır. Inamsız bir insan bünövrəsi olmayan bir tikiliyə bənzər. Hər hansı bir yüngül zərbənin nəticəsində əzilər, məhv olar. Hələ qədim dövlərdən din insana mənəvi dayaq olmuş, özünə inam yaratmışdır.     Bildiyimiz kimi, tək allahalılığa  sitayiş olunan dinlər arasında  İslam dini ən son və ən mükəmməlidir.İslam dinin müqəddəs kitabı “Qurani-Kərim”dir. Bu dində Allaha iman...
    Alpan kəndində ilk dünyəvi məktəb 1910-cu ildə təşkil edilmişdir. Bir sinifdən ibarət olan bu ilk təhsil ocağımız bəy nəslindən olan hörmətli ziyalımız Zaman Qayıbovun mənzilində yerləşmişdir. Bu məktəbdə 12 şagird təhsil alırdı. Məktəbin ilk müəllimi Mariya Timofeyevna olmuşdur.     1915-ci ildə Alpanda ilk məktəb binası tikilmişdir. Bu binada dörd sinifli ibtidai məktəb təşkil olunmuşdu. Məktəbin müdiri vəzifəsində Qazaxlı Harun müəllim çalışmışdır....

HAVA PROQNOZU

Quba
scattered clouds
22.6 ° C
22.6 °
22.6 °
63%
4.2kmh
31%
Tue
29 °
Wed
29 °
Thu
33 °
Fri
33 °
Sat
33 °

ƏN ÇOX OXUNAN YAZILAR