3.4 C
Quba
30/1/2020
    Yazımın başlığı oxucunu təəccübləndirməsin. Alpanda yaşayanlar bilir ki, bu kənddə xərçəngə rast gəlinmir. Məqsədim bizim kəndimizdə doğurdanmı xərçəngin yaşayıb-yaşamadığını araşdırmaq deyil.     Kimsəyə sirr deyil ki, Quba zonasında , o cümlədən də Alpanda qədim el sənəti olan xalçaçılıq tarixən mövcud olmuş və hazırda da az da olsa  mövcuddur. Nənələrimizin toxuduğu xalçalar bir çox evlərin bəzəyinə, qiymətli əşyasına çevrilmişdir. Alpan xalçalarına Azərbaycan...
    Alpan kəndində ilk dünyəvi məktəb 1910-cu ildə təşkil edilmişdir. Bir sinifdən ibarət olan bu ilk təhsil ocağımız bəy nəslindən olan hörmətli ziyalımız Zaman Qayıbovun mənzilində yerləşmişdir. Bu məktəbdə 12 şagird təhsil alırdı. Məktəbin ilk müəllimi Mariya Timofeyevna olmuşdur.     1915-ci ildə Alpanda ilk məktəb binası tikilmişdir. Bu binada dörd sinifli ibtidai məktəb təşkil olunmuşdu. Məktəbin müdiri vəzifəsində Qazaxlı Harun müəllim çalışmışdır....
    Alpan kəndinin qədim xalçaçılıq ənənələri və Alpan Xalçası barədə saytımızda məlumat vermişdik. Bu günlərdə kəndimizdə çox yaxşı bir təşəbbüsün həyata keçdiyinin şahidi olduq. Kəndimizdə xalçaçılıq emalatxanası fəaliyyətə başladı və yeni tikilmiş kiçik fabrikin açılışı oldu. Açılış mərasimində Quba Rayon İcra Başçısı Yaşar Məmmədovla yanaşı ABŞ-ın Respublikamızdakı səfiri cənab Sekuta və xanımı da iştirak edib. Qonaqlar arasında İqtisadiyyat Nazirinin...
    Şahdağın sərin mehinin tumarladığı bir kənd var Quba rayonunda. O kənddən Şahdağ çox əzəmətli, vüqarlı görünür. Bəlkə də başqa bir kənddən çətin ki Şahdağ belə gözəl görünsün. Bu kənd - doğulduğum, qayğısız uşaqlıq illərimi keçirdiyim doğma kəndim Alpan kəndidir. Qoca təbiət xəsislik etməmiş, bir rəssam məharəti ilə füsünkar bir mənzərə bəxş etmişdir bu kəndə. Diş göynədən bulaqlarını, sərin meşələrini,...
         Qafqaz Albaniyasının mübahisəli və təhrif edilmiş tarixini öyrənmək və araşdırmaq bir alban (alpan) türkü olaraq məni daim düşündürmüş və bu mövzuya münasibət bildirməyə sövq etmişdir. Qədim Çin mənbələrində, Hun оrdulаrındа хüsusi təlim görmüş, təkbətək, əlbəyаха döyüş ustаlаrınа Аlpаqu (özbəklərdə аlpаmış, оğuzlаrdа аlpərən) аdı vеrildiyi göstərilir və Hunlаrın Yunаn mənbələrində Аlbihun аdlаnmаsı dа bəllidir. Böyük mütəfəkkir, tаriхçi, şаir Аbbаsqulu Аğа Bаkıхаnоv...
alpan.az
    Quba rayonunda,zümrüd meşələrin baş-başa verdiyi cənnət misilli yerdə gözəl bir kənd yaşayır. Sinəsini  Şah dağın sərin və saf küləklərinə açmış bu kəndin adı Alpandır. Bəli, o, qədim Azərbaycan dövləti Albaniyanın canlı simvolu kimi bu gün də bizimlə nəfəs alır...     Gündən-günə böyüyən,abadlaşan Alpanda hal-hazırda  üç mindən artıq əhali yaşayır. Xeyli soydaşımız  isə Bakı, Sumqayıt şəhərlərində, azərbaycanın bir sıra  rayon və qəsəbələrində...
Alpan təbiəti, Füsunkar kənd, Quba, Alpan, alpan.azvideo
https://www.youtube.com/watch?v=8wylsoSxA40&t=1s Alpan kəndi Bakıdan 165 km məsafədə, Quba rayonunun şimal-qərbində(rayon mərkəzindən 17 km məsafədə ) yerləşir. Koordinatları:  41° 23' 17" (41.388056°)şimal-en dairəsi, 48° 25' 49" (48.430278°) şərq-uzunluq dairəsi. Dəniz səviyyəsindən hündürlüyü: 758 metr. Quba rayon mərkəzindən 17 km məsafədə Qusar rayonu ilə həmsərhəd kənd. Əhalisi: 3308 nəfər. Sahəsi:200 km2 Dili:Azərbaycan dili. Alpan kəndində iki məktəb, sağlamlıq mərkəzi, mədəniyyət evi, kitabxana,klub,telefon qovşağı, poçt fəaliyyət göstərir.
Bu bölmədə tarixən , nəsildən-nəsilə keçən, unudulan və hazırda yaşayan adətlərimizdən danışacağıq. Bizi izləyin...
İSTEHSALI     Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq Qusar rayonunun xalçaçılıq məntəqələrində də geniş yayılmağa başlamışdır. BƏDİİ XÜSUSİYYƏTLƏRİ     «Alpan» xalçalarının bədii kompozisiyası iki varianta malikdir. Birinci variant.     Bu xalçaların ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulmuşdur. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil...
bir kendden daha artiq
Alban // Alpan mifoloji toponimi     Türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının məişətində movcud olan dil və folklor materiallarını tutuşdurarkən mifologiyamızada xüsusi yer tutan “Al” tapınışı ilə əlaqədar mifoloji toponimlərin  olması üzə çıxır.     Materialların təhlili göstərir ki, Azərbaycan dilində Al tapınışı ilə bağlı olan toponimlər 3 fonetik variantda işlənir: Al  morfemi  və digər hissəciklərdən ibarət mifoloji toponimlər: Alban, Alpan, Alpout, Allar, Alar, Alpı...

HAVA PROQNOZU

Quba
overcast clouds
3.4 ° C
3.4 °
3.4 °
82%
2.5kmh
100%
Thu
7 °
Fri
7 °
Sat
2 °
Sun
5 °
Mon
10 °

ƏN ÇOX OXUNAN YAZILAR