Dəyərli müəllim.

459
Sayaxanım müəllimə alpan.az
Sayaxanım müəllimə alpan.az

     Alpan Azərbaycanın ən qədim kəndlərindən biridir. Bu kəndin gözəl təbiəti, qədim tarixi olan abidələri var. Kəndin ən qiymətli varı isə onun saf, dəyərli insanlarıdır. Belə insanlar öz özünə yetişmir, onlara təhsil, tərbiyə verən müəllimlərin sayyəsində bu səviyyəyə çatırlar.

     Belə müəllimlərdən biri də ömrünü kəndin övladlarının təhsil və tərbiyəsinə həsr edən Sayaxanım Məmmədova olmuşdur.
O, 1926-cı ildə Alpan kəndində anadan olmuşdur. Yoxsul ailədə böyüsə də, oxumaq, təhsil alıb müəllim olmaq arzusu ilə yaşamışdır.
     1945-46-cı illərdə Quba rayon ikiillik Müəllimlər İnstitutunda təhsil alan Sayaxanım Məmmədova həyatını müəllimliyə həsr etmişdir.
     O, 1947-48-ci tədris illərində Quba rayonunun Susay kəndində müəllim işləyir, 1949-cu ildən Alpan kəndinə qayıdır və ömrünün sonuna qədər burada ibtidai sinif müəllimi işləyir.
Sayaxanım müəllimə əsl təhsil işçisi idi. Gözünün nurunu kəndin balaları üçün əridən müəllimlərdən idi.

Sayaxanım müəllimə alpan.az

Sayaxanım müəllimə alpan.az
Sayaxanım müəllimə alpan.az

     Çox tələbkar idi. Onun sinfində oxuyub-yazmağı bacarmayan şagird olmazdı. Biliyinin, ürəyinin işığını uşaqlara verir, onların naliyyətlərindən ürəyi dağa dönürdü.
     Onun yetirmələri içərisində kimlər yox idi? Müəllimlər, həkimlər, mühəndislər, alimlər. Bu insanlar Sayaxanım müəlliməni həmişə hörmətlə xatırlayırlar.
     Sayaxanın müəllimin yetirmələrindən olan ADU-nun professoru Ələkbər Qubatov deyir ki, Sayaxanım müəllimin tələbkarlığı olmasaydı, mən bu səviyyəyə çatmazdım.
     Onun şagirdləri dünyanın hər yerinə səpələnib, vətəni layiqincə təmsil edirlər. Bu insanların hər bir nailiyyətində onların ilk müəllimlərinin əməyi var. Çünki, Sayaxanım müəllim əsl müəllim idi.
     O, yaxşı müəllim olmaqla bərabər, gözəl, səmimi ana olmuşdur. Onun 3 qız övladı var.

     Tələbkar müəllim, qayğıkeş ana, övladlarına təhsil vermişdir.

Müəllif: Phd İslam Bəyəhmədov.