“Əzizlə Dərd Yaramı..!”

339

 

Əzizlə Dərd Yaramı

     Kəndimizin şairə xanımı Firəngiz Əhmədova (Firəngiz Alp Ana) özünün ikinci kitabının təqdimatında tezliklə yeni kitabının nəşr ediləcəyi anonsunu vermişdir. Bu günlərdə onun yeni, sayca üçüncü kitabı işıq üzü görüb. “Əzizlə Dərd Yaramı..!” adlı kitabında Firəngiz xanımın son vaxtlar yazdığı və oxucunun tanış olmadığı şeirlər və dövrü mətbuatda nəşr edilən bir neçə şeirləri toplanmışdır.

     Şairənin şeirlərini gündəlik olaraq sosial şəbəkələr vasitəsilə və dövrü mətbuatdan izləyən oxucucuları üçün bu kitab əvəzedilməz bir hədiyyə oldu. Firəngizin sadiq oxucu auditoriyası və onun əməyini qiymətləndirən dostları var. Kitabın ərsəyə gəlməsində də ona sadiq oxucusu köməklik etmişdir.

Əzizlə Dərd Yaramı

     “Elm və Təhsil” nəşriyyatında məhdud sayda nəşr edilən kitabı əldə etmək üçün onun sevimli oxucuları on manatlarından keçməlidirlər. Məncə bu məbləq simvolik bir qiymətdir. Obrazlı desək şairin hər  şeiri bir hadisədir, bir həyat anıdır.  Firəngizin daimi oxucularından birinin dediyi kimi: “Deyirlər kitab qəlbin vərəqləridir , ürəyini əzbər bilsəm də, yenə də həvəslə vərəqləyərdim.” Kitabı vərəqləmək arzusunda olanlar şəxsən Firəngiz xanımın özü ilə əlaqə saxlaya bilərlər. Kitabı Bakıda metronun istənilən stansiyasına pulsuz çatdıracaqlar. Alpanda isə kitabı Firəngiz xanımın ata evindən əldə etmək olar.

     Firəngiz xanıma yaradıcılıq işlərində uğurlar arzulayırıq və yeni kitabının təqdimatını gözləyirik. Qələmin iti olsun, Firəngiz Alp Ana!!!

Müəllif:İlkin R. Balayev