Əzmkarlıq nümunəsi.

791
Amil Ağarzayev alpan.az
Amil Ağarzayev alpan.az

Quba pəhləvanlar diyarıdır. Şahdağın təravətli havası, bulaqlarının diş göynədən suyu və təbii nemətlərin bolluğunda rayonumuzda və kəndimizdə zaman-zaman pəhləvan oğullar dünyaya gəlmiş və yetişmişdir. İrsən, nəsildən nəsilə keçən bu bacarıq sahibləri hazırda da yaşayır və hünərlərini göstərirlər. Qədim dövrlərdən günümüzə qədər Quba pəhləvanları yarış meydanlarında öz hünərlərini göstərmiş və özlərindən söz etdirməyi

Amil Ağarzayev alpan.az
Amil Ağarzayev alpan.az

bacarmışlar. Dünyada tanınan pəhləvanlarımız var ki, onlar haqqında çox yazmaq olar.
Sizə həmkəndlim, gənc pəhləvan Amil haqqında yazmaq istərdim. Amil haqqında eşidəndə təəccübümü gizlədə bilmədim. Amil bir çox idmançıların arzu etdiyi zirvəni 18 yaşında ikən fəth etməyi bacarıb. Belə gənc olmasına baxmayaraq artıq o, dünya çempionudur, hətta iki qat dünya çempionu.

Amil Ağarzayev alpan.az
Amil Ağarzayev alpan.az

Ağarzayev Amil Bəhmən oğlu 13 fevral 2001-ci ildə anadan olub. Quba rayon 1 saylı məktəbi bitirib və hazırda Quba Dövlət Sosial İqtisadi Kollecinin tələbəsidir. Zəhmətkeş ailənin övladı olan Amilin bir əmisi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Amilin idmana həvəsi uşaq vaxtlardan yaranıb. Peşəkar olaraq idmanla məşğul olmağa 2019-cu ilin əvvəlindən başlayıb. Məqsədinə gedən çətin yolda bir dəfə Azərbaycan çempionu olmaq kimi şərəfli bir titula da sahib çıxıb. Məqsədi dünya çempionu olmaq olan bu gəncin yolu “Şahdağ” idman klubuna düşür və 10 ay əzmkarlıqla məşq edən Amil 2019-cu ilin dekabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ağır atletika növü olan pourliftinq üzrə dünya çempionatına qatılır. Orada o, 18 yaşlı iştirakçılar arasında 75 kq çəki dərəcəsində öz gücünü nümayiş

Amil Ağarzayev alpan.az
Amil Ağarzayev alpan.az

etdirir. Yarışda üç göstərici üzrə-kürəkdə 175 kq,sinədən 132.5 kq və yerdən 250 kq ağırlıq qaldıraraq öz yaşıdları arasında dünya çempionu tituluna sahib olur. Nəticələrinə görə onu ikiqat dünya çempionu adına layiq gördülər və iki qızıl medalla təltif edildi.

Amil Ağarzayev alpan.az
Amil Ağarzayev alpan.az

Yarışdan sonra Amili Quba rayon icra başçısı təltif edib və o, ilin idmançısı seçilib. Hazırda Amil yeni yarışlara hazırlaşır və mayda onu yeni bir sınaq gözləyir. Sankt Peterburqda keçiriləcək Avropa çempionatına əzmlə hazırlaşan Amilə uğurlar arzu edirik.

Müəllif:İlkin R. Balayev