Kəndimizin ilk və yeganə Əməkdar Müəllimi

692
Ənvər müıllim alpan.az
Ənvər müıllim alpan.az

     Ələskərov Ənvər İsmayıl oğlu 30 may 1948-ci ildə Quba rayonun Alpan kəndində anadan olmuşdur.

     1956-1966-cı illərdə Alpan kənd məktəbində təhsil almış və orta məktəbi bitirdikdən sonra təhsilini Bakı Texniki Peşə məktəbində davam etdirmişdir. 1966-1968-ci illəri əhatə edən bu müddətdə elektrotexnik ixtisasına yiyələnməşdir.

     Amma,uşaqlıqdan arzusunda olduğu ali təhsil almaq istəyi onu Azərbaycan Pedaqoji İnstitutuna gətirib çıxarır və 1968-ci ildə o  Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. 1968-1973-cü illərdə təhsilini davam etdirən Ənvər müəllim fizika ixtisası üzrə ali təhsil alır.

     Ali məktəbi bitirdikdən sonra 1973-cü ildən Alpan kənd məktəbində əmək fəaliyyətinə başlayır.

     Onun müəllimlik karyerasını uğurlu hesab etmək olar. O kənd məktəbində işə başladığı gündən bu günədək savadı,zəhmətsevərliyi ilə seçilməyi bacarmışdır. Elə bu səbəbdən onu 1984-cü ildə metodist müəllim və 1986-cı ildən baş müəllim təyin edirlər.

     Ənvər müəllim məktəbin zəngin Fizika kabineti və laboratoriyasında  fizika dərslərini təcrübi məşqələlərlə zənginləşdirir, bütün fizika qanunlarını əyani surətdə təqdim edir və şagirdlərin bu fənni qavraması üçün tez-tez Fizika gecələri keçirir.

     Ənvər müəllim həmişə yeniliyə, yeni texnologiyalara həvəs göstərən bir insan olmuşdur. Elə bu səbəbdən də kənd məktəbində kompyuter sinifinin yaradılmasında  və şagirdlərin bu sahədə ilk bilik və bacarıqlarının formalaşmasında onun əməyi danılmazdır.  Onun bu sahədə ilk uğuru 1993-cü ildə İnformasiya Komunikasiya Texnologiyaları üzrə keçirilən  beynəlxalq olimpiadada  yetişdirdiyi şagirdi ilə birgə üçüncü yerə layiq görülməsi olmuşdur.

     O,  qabaqcıl bir müəllim kimi üç dəfə -1998,2003,2008-ci illərdə Müəllimlərin Respublika Qurultayında Quba rayonundan təyin  edilmiş 15 nəfərlik nümayəndə heyyətinin tərkibində çıxış etmişdir.

     Ənvər müəllim  2006-cı ildə  “İlin Müəllimi” müsabiqəsində iştirak etmiş və həmən ildə də Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “ƏMƏKDAR MÜƏLLİM” adına layiq görülmüşdür. Ənvər müəllim kəndimizdən bu ada layiq görülən ilk və yeganə müəllimdir.

 

Ənvər müıllim alpan.az
Ənvər müıllim alpan.az

     Hal-hazırda da Ənvər müəllim yorulmadan çalışır və yeni nəslin savadlanma
sında bilik və bacarığını əsirgəmir. O, dəfələrlə Müəllimlərin Təkmilləşdirmə İnstitunda gənc müəllimlərə öz təcrübəsini öyrətmək üçün dəvət edilib.

     Deyirlər hər bacarıqlı və uğur qazanan kişinin arxasında bir gözəgörünməz, bəzən də gözə görünən qüvvə var. O, həmin kişinin həyat yoldaşıdır. Ənvər müəllimin də bir çox uğurlarının arxasında onun həyat yoldaşı Sündüz müəllimə durub. Biz ondan xahiş edirik ki, bizim müəllimimizə yaxşı baxsın))).

Müəllif:İlkin R. Balayev