Muradov Şakir Şahabəddin oğlu

415

    Muradov Şakir Şahabəddin oğlu 1974-cü ilin 18 aprelində Alpan kəndində anadan olmuşdur. Kənd orta məktəbinin 8-ci sinifini 1989-cu ildə bitirdikdən sonra Quba 103 saylı texniki –peşə məktəbində təhsilini davam etdirmiş və geniş profilli traktorçu-mexanizator ixtisasını almışdır.

    Vətənin ağır günlərində,1992-ci ilin sentyabr ayında  könüllü olaraq ordu  sıralarına qoşulmuş və cəbhə bölgəsinə yollanmışdır. Ağır döyüşlərdə iştirak etmiş və daxilində alovlanan  Vətən sevgisi onu yağılarla mərdanə mübarizə aparmağa səsləmişdir. Təəssüflər olsun ki, onun döyüş yolu çox qısa olmuş və daxilindəki qisas hissini həyata keçirə bilməmişdir.

    Qanlı döyüşlərin getdiyi bir zamanda mübarizcəsinə meydana atılmış  Şakirin son döyüşü Daşaltı əməliyyatı olmuşdur. 1992-ci ilin sentyabrın 26-da qanlı döyüşdə Şakir  ağır yaralanır. Səkkiz yerdən güllə yarası alan Şakir arzuları ürəyində bu dünyaya gözlərini əbədi yumdu.

    Şakir “Subaba” qəbiristanlığında dəfn edilib. Onun adı əbədiləşdirilmişdir. Kənd mədəniyyət evinə onun adı verilmişdir.

Müəllif: İlkin R. Balayev