Novruzov Eldar Əmirsultan oğlu

385

Novruzov Eldar Əmirsultan oğlu

    Novruzov Eldar Əmirsultan oğlu 1975-ci il mayın 28-də Alpanda anadan olub. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdikdən sonra  atası ilə birgə Sabir adına sovxozda icarədar işləmişdir. 1993-cü il iyul ayının 12-də ordu sıralarına yazılmışdır. Hərbi texnikanın və silahların sirlərinə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə yiyələnmişdir. Onun döyüş yolu Ağdərə bölgəsindən başlamışdır və bir çox qaynar nöqtələrdə erməni qəsbkarlarına qarşı vuruşmuşdur.

    Eldar desant hücum  bölüyünün  tuşlayıcı operatoru olmuşdur . O sərrast atıcı olmuşdur. Komandiri və döyüş yoldaşları onun bu xususiyyətini həmişə vurğulamışlar.

    1994-cü ilin yanvarın 25-də Tərtər istiqamətində gedən ağır döyüşdə Eldarın maşını düşmən mərmisinə  tuş gəlir. Düşməni susdurmaq üçün tam təchiz edilmiş maşın partlayır və… Eldar və onun döyüş yoldaşı şəmkirli Teyyub  həlak olur. Çox təəssüflər olsun ki, Eldarın cənazəsi düşmən əlində qlıb.

 

Müəllif: İlkin R. Balayev