Novruzov Eldar Əmirsultan oğlu
    Novruzov Eldar Əmirsultan oğlu 1975-ci il mayın 28-də Alpanda anadan olub. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdikdən sonra  atası ilə birgə Sabir adına sovxozda icarədar işləmişdir. 1993-cü il iyul ayının 12-də ordu sıralarına yazılmışdır. Hərbi texnikanın və silahların sirlərinə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə yiyələnmişdir. Onun döyüş yolu Ağdərə bölgəsindən başlamışdır və bir çox qaynar nöqtələrdə erməni...
Əkbərov Abdulla Hafiz oğlu Əkbərov Abdulla Hafiz oğlu
Əkbərov Abdulla Hafiz  oğlu 1975-ci ildə Alpan kəndində anadan olmuşdur. Uşaqlığı Alpan kəndində keçən Abdulla Alpan kənd orta məktəbini  1992-ci ildə bitirmişdir. Radiotexnikaya olan marağı onda Bakı Rabitə texnikumunda radio-televizor ixtisası üzrə təhsil almaq arzusu yaratmışdı. Amma , Vətənimizin ağır günlərində  o təhsilini davam etdirmək arzusunu gələcəyə saxlayır  və kəndin şəhid oğlanlarının qisasını almaq üçün Milli Ordu sıralarına çağıralacağı günü...
Ağarzayev Ürfan Gülməmməd oğlu
    Ağarzayev Ürfan Gülməmməd oğlu 1972-ci il, mart ayının 7-də Alpan kəndində anadan olmuşdur. 1987-ci ildə kənd orta məktəbini bitirən Ürfan 1990 –cı ildə Quba 103 nömrəli texniki peşə məktəbini geniş profilli traktorçu-mexanizator ixtisası üzrə bitirmişdir. Amansız müharibə onu digər azəri oğulları kimi  Vətənin müdafiəsinə qalxmağa səsləmiş və o şanlı döyüş yolu keçmişdir. Bir neçə qaynar döyüş bölgələrində olmuş və...
Ağarzayev Kamran Ələkbər oğlu
    Ağarzayev Kamran Ələkbər oğlu 1974-cü ilin 14 yanvarında Alpan kəndində anadan olmuşdur. 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. Daha sonra 22 nömrəli Bakı texniki peşə məktəbini qaynaqçı ixtisası üzrə bitirmişdir. Milli Ordu sıralarına 1992-ci ilin iyun ayında çağırılan Kamran ön cəbhədə tez bir zamanda döyüş yoldaşları arasında böyük hörmət qazanmış və bir sıra ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Laçın...
    Muradov Şakir Şahabəddin oğlu 1974-cü ilin 18 aprelində Alpan kəndində anadan olmuşdur. Kənd orta məktəbinin 8-ci sinifini 1989-cu ildə bitirdikdən sonra Quba 103 saylı texniki –peşə məktəbində təhsilini davam etdirmiş və geniş profilli traktorçu-mexanizator ixtisasını almışdır.     Vətənin ağır günlərində,1992-ci ilin sentyabr ayında  könüllü olaraq ordu  sıralarına qoşulmuş və cəbhə bölgəsinə yollanmışdır. Ağır döyüşlərdə iştirak etmiş və daxilində alovlanan  Vətən sevgisi...