Əhmədov Mirab Şahpələng oğlu, 1 may 1928-ci ildə Quba rayonunun Alpan kəndində yoxsul kəndli ailəsində anadan  olmuşdur. 1948-ci ildə Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmuş, buradan hərbi xidmətə çağırılmış,1954-cü ildə isə həmin texnikumu bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə təsərrüfatı fakültəsinə daxil omuş,1955-ci ildə həmin fakültədən aqronomluq fakültəsinə keçmişdir. 1959-cu ildə AKTİ-ni bitirmişdir. 1959-1961-ci illərdə Quba Bağçılıq...
Bu bölmədə tarixən , nəsildən-nəsilə keçən, unudulan və hazırda yaşayan adətlərimizdən danışacağıq. Bizi izləyin...
Bu bölmədə Sizlərə yalnız Alpan mətbəxindən deyil,ümumilikdə Azərbaycan mətbəxidən yazılar təqdim ediləcək. Bizi izləyin....
Alpan məsçidi, tarixi məsçid, islam, din, alpan.az
    Din, inam, etiqad... Bu məvhumların insan həyatındakı rolu danılmazdır. Inamsız bir insan bünövrəsi olmayan bir tikiliyə bənzər. Hər hansı bir yüngül zərbənin nəticəsində əzilər, məhv olar. Hələ qədim dövlərdən din insana mənəvi dayaq olmuş, özünə inam yaratmışdır.     Bildiyimiz kimi, tək allahalılığa  sitayiş olunan dinlər arasında  İslam dini ən son və ən mükəmməlidir.İslam dinin müqəddəs kitabı “Qurani-Kərim”dir. Bu dində Allaha iman...
    Alpan kəndində ilk dünyəvi məktəb 1910-cu ildə təşkil edilmişdir. Bir sinifdən ibarət olan bu ilk təhsil ocağımız bəy nəslindən olan hörmətli ziyalımız Zaman Qayıbovun mənzilində yerləşmişdir. Bu məktəbdə 12 şagird təhsil alırdı. Məktəbin ilk müəllimi Mariya Timofeyevna olmuşdur.     1915-ci ildə Alpanda ilk məktəb binası tikilmişdir. Bu binada dörd sinifli ibtidai məktəb təşkil olunmuşdu. Məktəbin müdiri vəzifəsində Qazaxlı Harun müəllim çalışmışdır....