Nəsrəddinov Rafiq Hüseyn oğlu
    Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.     Haqqında danışacağım insanı bəlkə də aramızda tanıyanlar çox azdır. O, Alpan kəndindən  yeganə Milli Qəhrəmandır. Bakıda anadan olsa  da  Alpana bağlı insan olub, tez-tez Alpana qohumlarına baş çəkməyə gedərmiş . Həyat yoldaşı Sevil xanım Rafiq...
İsayev Elxan Rasim oğlu
    İsayev Elxan Rasim oğlu 1973-cü il sentyabr ayının 11-də Sumqayıt şəhərində anadan olmuşdur. Uşaqlığını Sumqayıtda keçirən Elxan tez-tez  doğma kəndi Alpana gedir və qohumları ilə yaxın münasibətdə olurmuş.     Elxan 1980-cı ildə Sumqayıtdakı 15 saylı orta məktəbə qəbul olunmuş və 1990-cı ildə həmən məktəbi əla qiymətlərlə bitirmişdir. Vətənimizdə gedən müharibə  Elxanın təhsilini davam etdirmək arzularını həyata keçirməyə imkan verməmişdir. O,1991-ci ildə...
Ağagülov Eldəniz Etibar oğlu
    Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndində anadan olmuşdur. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə   Sabir adına sovxozda fəhlə kimi başlamışdır.     1993-cü ilin iyul ayının 5-də Milli Ordu sıralarına çağırılan Eldəniz  Güzdəkdə yerləşən hərbi hissədə xidmət etmiş və 8 ay ərzində burada hərbin sirlərinə yiyələnmişdir. 1994-cü ilin mart ayının 11-də Eldənizi döyüş bölgəsinə-Ağdama göndərirlər....
Ağarzayev Balaş Xanbaba oğlu
    Ağarzayev Balaş Xanbaba oğlu 1967-ci ilin 20 yanvarında Alpan kəndində zəhmətkeş kəndli ailəsində anadan olub. Uşaqlıq dövrü  kənddə keçən Balaş hələ uşaqlıqdan qəhrəmanlarla maraqlanar, döyüş səhnələri ilə zəngin filmləri daha çox xoşlayarmış. Alpan kənd məktəbini 1984-cü ildə bitirdikdən sonra ordu sıralarına hərbi xidmətə çağırılır və 1986-cı ildə Monqulustanda hərbi xidmətini başa vurduqdan sonra kəndə qayıdır. Hərbi xidmətdən sonra Quba...
Rəsulov Şükür Şahbaba oğlu
    Rəsulov Şükür Şahbaba oğlu 1967-ci il dekabr ayının 30-da Alpan kəndində anadan olmuşdur. 1984-cü ildə kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt Politexnik texnikumuna daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır və Əfqanıstanda xidmət edir. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra Bakıda 1 saylı  un  kombinatında  sex rəisi vəzifəsində çalışır.     1991-ci ilin noyabrında  Milli Ordu sıralarına yazılaraq cəbhəyə yollanır. ...