Muradov Şakir Şahabəddin oğlu 1974-cü ilin 18 aprelində Alpan kəndində anadan olmuşdur. Kənd orta məktəbinin 8-ci sinifini 1989-cu ildə bitirdikdən sonra Quba 103 saylı texniki –peşə məktəbində təhsilini davam etdirmiş və geniş profilli traktorçu-mexanizator ixtisasını almışdır.     Vətənin ağır günlərində,1992-ci ilin sentyabr ayında  könüllü olaraq ordu  sıralarına qoşulmuş və cəbhə bölgəsinə yollanmışdır. Ağır döyüşlərdə iştirak etmiş və daxilində alovlanan  Vətən sevgisi...
Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu
    Kəndimizin ilk şəhidi  Elşad Bayramov 1971-ci ilin 22 aprelində Alpan kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət  Sabir adına  sovxozda  fəhlə  işləmişdir. 1989-1992-ci illərdə Sovet Ordusu sıralarında  xidmət etmiş və 1992-ci iin  iyul ayında  Milli orduya yazılmışdır.     Elşad  şərəfli döyüş  yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur....
    Babayev Zabit Bəcan oğlu 28 may 1952-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Uşaqlığını Alpan kəndində keçirən Zabit müəllim tarixçi olmaq arzusunda idi. Kənd məktəbini əla qiymətlərlə bitirən Zabit müəllim 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul edilib. 1981-ci ildə universiteti əla qiymətlərlə bitirib.     Zabit müəllim ali məktəbdə oxuduğu illərdən ictimai işlərlə məşğul olmuşdur. Elə bu səbəbdəndir...
    1965-ci il oktyabrın 3-də Quba rayonunun Alpan kəndində  anadan olub. 1972-1982-ci illərdə  Alpan kənd  orta məktəbində  orta təhsil almışdır. 1983-1985-ci illərdə  Rusiya Federasiyası Arxangelsk vilayəti Severodvinsk şəhərində hərbi xidmətdə olmuş, 1986-1988-ci illərdə isə Quba rayonu Sabir adına sovxozda fəhlə işləmişdir. 1988-1993-cü illərdə T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin Tarix fakültəsində ali təhsil almış,  tarixçi və tarix müəllimi ixtisaslarına, əlavə olaraq ...
İslam Bəyəhmədov alpan.az
     Bəyəhmədov İslam Akif oğlu 30.08.1979-cu ildə Quba rayonunun Alpan kəndində ziyalı ailəsində anadan olmuşdur.      1986-1996 cı illərdə Alpan kənd orta məktəbində təhsil almış və orta məktəbi əla qiymətlərlə bitirmişdir.      Əmək fəaliyyətinə 1996-cı ildən Quba rayonu M.Ə.Sabir adına “Meyvəçilik” sovxozunda fəhlə kimi başlamış, həmin il Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Meyvəçilik, tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olduğu üçün işdən azad olunmuşdur. 2000-ci ildə...