Səltənət xanım bu dünyaya elə bil xüsusi missiya ilə gəlmişdi. Bacarıqlı akuşerka, gözəl bacı, yaxşı bibi, mehriban qonşu, yaxşı ana, xeyirxah insan olmalı idi. Üstəlik, ətrafındakılara böyüklük, ağbirçəklik etməli idi. Bütün bunlara nail olmaq, eyni zamanda bir ömrə sıxışdırmaq təbii ki çox çətindir. Lakin o, zəhmətdən ikiəlli yapışmaqla, çətinliklərə sinə gərməklə, bəzi nəsnələrdən özünü təcrid etməklə, günündən-saatından kəsməklə öz...
    O mənim sevimli müəllimlərimdən biri olub. Dərs deməyi də səmimi söhbət xarakterində olardı. Özünün də çox şirin dil üslubu vardı. Keçilən mövzunu elə izah edərdi ki, danışdıqları kino lenti kimi gözlərimiz qarşısında canlanardı. Bəlkə də elə bu səbəbdən o, dərsi izah edəndə sinifdə milçək vızıltısı belə açıq-aydın eşidilərdi. Özü də o, dediklərinə inzibati yollarla qulaq asmağa kimsəni məcbur etməzdi....
    Tariximizdə baş vermiş ən böyük faciələrdən biri də 1920-ci ildən başlayaraq, 30 ilə yaxın davam edən repressiyadır (Repressiya cəza tədbirləri, dövlət tərəfindən həyata keçrilən cəzalandırma, təzyiq mənasını verir). Repressiyaya məruz qalanların arasında mövcud quruluşu qəbul etməyənlərlə yanaşı, müxtəlif bəhanələrlə “istintaq”a cəlb olunanlar da olub. Bu cəza mexanizmi qadınlardan da yan keçməyib. Özü də onların əksəriyyətinin başı həyat yoldaşlarına, övladlarına...
    Yəqin, “Nəbi oba”dakı yeni məhəlləni hər biriniz tanıyırsınız. Bir zamanlar həmin ərazi Molla İslama məxsus olub. Hətta ora bir zamanlar “İslamın bağı” və yaxud “İslamın talası” adlanardı. Deyilənlərə görə, Molla İslam bu ərazini öz rəncbərləri ilə əkib-becərib. Həmin rəncbərlərdən biri də də Maarif müəllimin atası Hacı kişi (Əmkişiyev Hacı Ramazan oğlu ) olub. Lakin o, müti rəncbərlərdən olmayıb. Belə...
Sənə hər kimsə elm edər təlim, Ona vacibdir eyləmək təzim. Seyid Əzim Şirvani.     Mənim üçün həyatda ən uca adlardandır müəllim adı. Bu adın həqiqi daşıyıcıları təəssüf olsun ki,azdır dövrümüzdə. Mənim dəyərli müəllimlərim çoxdur. Hər zaman onları hörmətlə xatırlayıram. Bu insanların borcundan ömrümüz boyu çıxa bimərik biz. Hər birimizin ən ali məqsədi olmalıdır müəllimə hörmət.     Mən kəndimiz və sakinləri haqqında kənardan xoş sözlər eşidəndə...