Rəsulov Şükür Şahbaba oğlu

452

Rəsulov Şükür Şahbaba oğlu

    Rəsulov Şükür Şahbaba oğlu 1967-ci il dekabr ayının 30-da Alpan kəndində anadan olmuşdur. 1984-cü ildə kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt Politexnik texnikumuna daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır və Əfqanıstanda xidmət edir. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra Bakıda 1 saylı  un  kombinatında  sex rəisi vəzifəsində çalışır.

    1991-ci ilin noyabrında  Milli Ordu sıralarına yazılaraq cəbhəyə yollanır.  Əfqanıstanda  qazandığı hərbi  təcrübəsi ona cəbhədə çox kömək olur. O nümunəvi və cəsarətli qulluqçu olmuşdur. Onun döyüş yolu Laçın,Daşaltı,Qeybalı,Kosalar və Naxçıvanik yaşayış məntəqələri olmuşdur. Döyüş yolunun son dayanacağı Ağdam olmuşdur. Orada o kəşfiyyat tağımında  xidmət edirdi. Bölmə komandirinin müavini  vəzifəsində çalışırdı.

    Onun son  döyüşü 1994-cü il aprelin 13-də  Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən ağır döyüş olmuşdur.

    Şükür Alpan kəndində “Subaba” qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. Bir qızı və bir oğlu var.

 

Müəllif: İlkin R. Balayev