SONUNCU YAZILAR

Süsən nənə
    Biri var idi, biri yox idi. Kəndimizdə hamının “Ussan” kimi tanıdığı Süsən adlı bir xanım vardı. Üz-gözündən nur yağan, xoş rəftarlı bu xanım hamının, daha doğrusu, təbirimizcə desək, məmə yeyəndən pəpə yeyənə qədər hər kəsin sevimlisi idi. Amma onun həyat tarixçəsindən çoxları, o cümlədən öz balası kimi sevdiyi qardaşı Hacı kişinin oğlu Maarif Əmkişiyev də xəbərsiz idi. Odur ki,...
Sonaxanım xala
    Bizdən əvvəlki nəsillər və bizlər kiçik kənd evlərində boya-başa çatıb həyata qədəm qoyanlarıq. Eyvanı küləşlə örtülmüş, yaz gələn kimi qaranquşların yuva qurduqları, damı torpaqlı, iki kiçik otağı axşamlar neft lampası ilə işıqlanan evimiz hərdən yuxuma girir, ev əhli və qonaqlar üçün həmişə yer tapılan o qaynar, səmimiyyət, hörmət və məhəbbət dolu illər içimdəki həsrət nəfəsli kövrək xatirələrimi üzü qışa...
Rahib Sədullayev alpan.az
(Həyatın içindən) Əslin danan hramzadadır. (Azərbaycan atalar sözü)     Həyatda ən çətin məqamlardan biri də “Olduğun kimi görün və ya göründüyün kimi ol” dilemmasıdır. Görkəmli filosof Diogen günün günorta çağı əlindəki çırağı insanların üzünə tutataraq nə isə axtarardı. Niyə belə etdiyini soruşanlara əsl insan axtardığını bildirərdi. Diogenə görə, insanlar əsl simalarını gizlədir, göründükləri kimi olmurlar. ***     Rəhmətlik Xıdır müəllim öz mədəniyyəti, intellektual səviyyəsi, təəssübkeşliyi...
Neft lampası
(Xatirələr)     Sovet dönəmində kəndimizdə işıqlar tez-tez sönərdi. Elə bu səbəbdən kənd camaatı yuxarılara şikayətlər edərdi. Belə şikayətlərdən biri də “Şəfəq” qəzetinə olunmuşdu. Qəzet də bu şikayətə belə reaksiya vermişdi: Danışmaqdan danışmamaq yaxşıdır, O işıqdan hisli çıraq yaxşıdır.     Hisli çıraq demişkən, elə bu səbəbdən o illərdə kənd camaatı özünün ağ nöyüt ehtiyatını da görərdi. O vaxtlar məscidin arxa hissəsində bir nöyüt çəni də vardı...
    Tarixi mənbələrə istinadən qeyd edək ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun əsgərləri bizim Alpan camaatını da erməni daşnaklarından xilas ediblər. O zaman kəndimizin ərazisində amansız döyüşlər də gedib. Subaba qəbirsitanlığındakı bəzi məzarların baş daşlarının üzərində güllə izlərinin indiyədək qalması bu faktı bir daha təsdiq edir. Kəndimizdə gedən döyüşlərdə türk əsgərlərindən şəhidlik zirvəsinə yüksələnlər və kəndimizdə dəfn olunanlar barədə yaşlı...