ƏŞRƏF ƏHMƏDOVUN “DÖVLƏT BAYRAĞINA MÜNASİBƏT QAYDALARI” KİTABI MEK-də

1289

“İnnovativ Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin sədri Əşrəf Əhmədovun müəllifi olduğu “Dövlət bayrağına münasibət qaydaları” adlı kitab  AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olub.

Kitabda dünya ölkələrinin bayraq haqqında olan qanun və qərarlarının ölkəmizin Dövlət bayrağı haqqında olan qanun və qərarları ilə müqayisəsi edilmişdir. Aparılmış təhlillər hər bir vətəndaşın bayraq haqqında biliklərini daha da genişləndirmək məqsədi daşıyır.

Kitabda nəzərə çatdırılan qanunvericiliyə əsasən məlum olur ki, Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən bayrağımıza xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan bayrağının azərbaycançılıq fəlsəfəsinin, milli və dövlət ideologiyamızın əyani ifadəsi olmağı vurğulanır.

Təqdim olunan bu kitabın əhəmiyyəti ondadır ki, o, əhalidə, xüsusən yeniyetmə və gənclərdə milli bayrağımıza hörmət və məhəbbəti, milli qürur hissini, vətəndaşlıq duyğusunu gücləndirəcək, dünya dövlətlərinin, müxtəlif xalqların Dövlət bayrağına münasibəti haqqında məlumat formalaşdıracaqdır.

Müəllif:www.mek.az

 

http://mek.az/az/x-b-rl-r/2106-doevlaet-bayrazhhina-munasibaet-zhaydalari-kitabi-mek-dae