Hacı Abdurrəhimlə Ağası bəyin alim nəvəsi Çapay Rəşidovun 80 illiyi

88
Mirabbas Rəşidov
Mirabbas Rəşidov

    Kəndimizin tanınmış ibtidai sinif müəllimlərindən biri olan Mirabbas Rəşidov 1915-ci ildə Quba rayon Alpan kəndində, bir neçə dəyirman sahibi Hacı Abdurrəhim kişinin ailəsində doğulub. O, 2 illik müəllimlər məktəbini (pedməktəbi) bitirib təyinatla göndərildiyi Şabran (o zamankı Dəvəçi) rayonunda 1942-dən 1952-ci ilədək 10 il müəllim kimi çalışarkən Quba Müəllimlər İnstitutunda (1948/52) ali təhsil də alaraq iş yerini Qusar rayonunun Qayakənd ibtidai məktəbinə dəyişir. Ailə vəziyyəti ilə bağlı 1958-ci ildən Alpan kənd orta məktəbində pedoqoji işini davam etdirən Mirabbas müəllim 1976- cı ildən qulağlarında yaranmış eşitmə zəifliyini aradan qaldırmaq üçün əməliyyat etdirsə də, bir neçə ay sonra 35 ilik müəllimlik fəaliyyətini başa vurub təqaüdə çıxmalı olur. Keçmiş klub binasının yerində mülkü və kənd müsəlman Milli Şurasının (1917-19) üzvü olmuş Alpan bəylərindən çörəkçi Ağası bəy Camal oğlunun (vəf-1951, Müşkür, Seyidli kəndi) böyük qızı Suğra xanımla 1941-ci ildə qurduğu ailə həyatından doğulan 4 oğlu ilə 6 qızından əksəriyətini yerbəyer edib 1982-ci ildə vəfat edən Mirabbas müəllimin alim oğlu Çapay Rəşidovun qısa həyat tarixçəsini diqqətinizə təqdim edək.

    Çapay Rəşidov 1942-ci ilin 19 yanvarında Alpan kəndində anadan olmuşdur. O, 1960-cı ildə kənd orta məktəbini bitirib 1963/68-ci illər arasında Bakı Dövlət Universitetinin coğrafiya fakkultəsində ali təhsil alır. Çapay müəllim öncə Azərbaycan SSR Dövlət Ensiklopediyasında ixtisası üzrə kiçik elmi işçi kimi çalışıdıqdan sonra 1970/73-cü illərdə Moskva Dövlət Universitetinin aspiranturasında oxuyur. Ç,Rəşidov 1974-cü ildən ömrünün sonunadək ADPU-nin coğrafiya fakkultəsində baş müəllim, 1978-ci ildə “Şəhərsalma şəbəkəsinin ərazi strukturları və inkişafının müasir xüsusiyyətləri” mövzusunda namizədlik dissertaiyası müdafiə etdikdən bir neçə il sonra dosent olaraq pedoqoji fəaliyyət göstərməklə yanaşı elmi tədqiqatlarını da davam etdirirdi. Çapay müəllimin bir kitabçası dərs vəsaiti kimi, başqa bir kitabı isə mühazirəçiyə kömək məqsədilə nəşr edilmişdir. O, 2005-ci ilin 7 iyulunda dünyasını dəyişəndə doktorluq dissertasiyası və həmin mövzunu əhatə edən kitabı da çapa hazır idi… Çapay müəllimi 80 illiyində xatırlayaraq Allahdan rəhmət diləyirik.

Eldar Əhmədov, Çapay Rəşidov, Zinyəddin Rəşidov
Eldar Əhmədov, Çapay Rəşidov, Zinyəddin Rəşidov

    Yeri gəlmişkən, bu ailənin həmkəndlimiz olan kürəkənlərindən biri də Eldar Əhməd oğlu Əhmədov (1950-2018) idi. O, Maliyyə-kredit texnikumunun mühasibatlıq fakultəsini bitirib Quba rayon Sovxoz-texnikumunda 12 il (1974/86) baş mühasib işləmişdi. Eldar müəllim 1986-cı ildən ömrünün sonunadək Quba şəhər 103 saylı Peşə məktəbində ixtisası üzrə müəllim və baş mühasib işləyirdi. Allah Mirabbas müəllimə, kürəkəni Eldar müəllimə, həyatda olmayan digər doğmalarına da rəhmət eləsin, ömrünü davam etdirən övladlarına can sağlığı versin.

Mətni hazırladı C.A.Albantürk