Məmmədov Müsənnif
     Kəndimizdəki sonuncu avtobus dayanacağının 10-15 metrliyində bir ev var. Öz quruluşuna görə digər evlərdən fərqlənir həmin ev… Hazırda sabiq sovxoz direktoru Bahəddin Bayramovun oğlu Səlahəddin Bayramovun (o da bir müddət sovxoz direktoru vəzifəsində çalışıb) ailəsinin yaşadığı həmin ev bir zamanlar Müsənnif Məmmədova məxsus idi. Müsənnif Məmmədov 1930-cu ildə Alpan kəndində anadan olub. Orta təhsilini Alpan kənd məktəbində alan Müsənnif Məmmədov...
Mobil Əhmədov alpan.az
     Birinci Qarabağ savaşında iştirak edən həmkəndlilərimizdən biri də Mobil Mirab oğlu Əhmədovdur.      Ehtiyatda olan baş leytenant Mobil Əhmədov 9 fevral 1960-cı ildə Quba rayonun Alpan kəndində, kənd təsərrüfatı elmləri doktoru Mirab müəllimin ailəsində dünyaya göz açıb. 5 bacının 2 qardaşından (ümumiyyətlə, bu ailənin 12 övladı olub, onlardan 5-i bu və digər səbəblərdən elə kiçik yaşlarından dünyalarını dəyişiblər) biri olan Mobil...
Bədrəddin Talıbov
     Bir zamanlar beş kəndi əhatə edən Sabir adına meyvəçilik sovxozunun direktoru vəzifəsində çalışmış Bədrəddin Talıbovun yaddaşlarda necə qaldığını deyə bilmərəm. Amma mənim, o zamanlar 12-15 yaşında olan bir uşağın yaddaşında o, əsl sovet sovxoz sədri kimi qalıb. Belə ki, onun kommunistliyinə söz ola bilməzdi. Lap kitablarda yazıldığı kimi yaşayırdı üzvü olduğu partiyanın həyatını. Hökumətin plan və tapşırıqlarını artıqlaması ilə...
Camalov Ağagül
    Elə insan var ki, ona mal-mülkünə, puluna, vəzifəsinə görə hörmət edirlər. Amma çox az insan var ki, ağlına, mənəviyyatına, insanların dərdinə şərik çıxmasına görə hörmət qoyurlar. Belə şəxslərdən biri də həmkəndlimiz Ağagül Abgül oğlu Camalov olub. Odur ki, öz zəhməti, savadı, mərdliyi, zəhmətkeşliyi sayəsində irəliləmiş, peşəsinə məsuliyyətlə yanaşmış haqsızlığa qarşı mübarizə aparmış, fikirlərini həmişə sərbəst söyləmiş, rayonda, eləcə də...
İsayev Elxan Rasim
    Şəhidlər haqqında yazmaq, onların ruhlarını şad etmək, adlarını əbədiləşdirmək, valideynlərinə, həyat yoldaşlarına, övladlarına maddi və mənəvi dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur. Borclu olduğumuz Şəhidlərdən biri də yaralı komandirinin düşmənə əsir düşməməsi üçün özünü ölümün pəncəsinə ataraq komandiri ilə birlikdə şəhidlik zirvəsinə yüksələn həmkəndlimiz İsayev Elxan Rasim oğludur. Yeri gəlmişkən qeyd edək ki, İsayev Elxan Rasim oğlu Maarif müəllimin...