Soyqırımı-alpan.az
    Quba qəzası kəndlərinin erməni silahlı dəstələri tərəfindən talan edilməsi haqqında sənədlər: Quba qəzası kənd sakinlərinin şahid ifadələri.Sənəd № 121, Dindirmə protokolu: 1918-ci il. 24 dekabr, Quba şəhəri.    Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq zərərçəkmiş qismində dindirdiyi, aşağıda adı çəkilən şəxs göstərmişdir: Bəybala bəy Qayıbov, 47 yaşlı, Quba qəzası 5-ci Fəthibəy nahiyəsi Alpan cəmiyyəti,...
     1918-ci ildə daşnakların Qubada törətdikləri soyqırımının qarşısının alınmasında qubalı, o cümlədən alpanlı bəylərin təşkil etdikləri kiçik dəstələr də öz mücadilələri ilə fəqləniblər. Nə yazıq ki, sovet dönəmində onlar - Əli bəy Harun bəy oğlu Zizikski, Bəybala bəy Alpanski (Qayıbov) və başqaları bizə düşmən obrazları kimi təqdim olunublar. Bu yazıda mən sadəcə bəzi tarixi mənbələrə, eləcə də ağsaqqalların yaddaşlarına istinadən...
    Həcər xala ilə görüşməli idik. İlk dəfə onunla danışanda sağlamlıq problemlərinin olduğunu bildirdi və həkim nəzarətində olduğu üçün görüşə bilmədik. Son günlərdə görüşümüzə pandemiya mane oldu. Belə qərara gəldik ki, telefonla danışaq.    Ömrünün 64 ilini poçtalyon kimi çalışan Həcər xalanı tanımırdım.(Niyə Həcər xala? Onu birazdan yazaram.) Onu mənə təsadüfən onun qardaşı oğlu Eldar bəy tanıtdı. İlk məlumatları Eldar bəydən...
(Atam Əlimurad Şahmurad oğlunun əziz xatirəsinə)     Əlimurad Şahmurad oğlu 1890-cı ildə anadan olub, 1984-cü ildə dünyasını dəyişib. Doğum tarixinin təxmini olduğuna dair dəlillər var. Kəndimizin mollası, atama “xalaoğlu” deyə müraciət edən rəhmətlik Seyfəddin kişinin dediyinə görə atam ondan çox böyük imiş və yüz yaşayıbmış. Atamın bir bacısı olub. Allah bütün ölənlərə rəhmət eləsin.***    2010-cu ildə yazdığım “Canavar” yazısında atamın yadımda qalan...
    Qədirov Əli Ədil oğlu 1917-ci ildə Quba rayonunun Alpan kəndində, Vəlibəylilər nəslinə aid varlı bir ailədə anadan olmuşdur. 1927-ci ildə Alpan kənd məktəbinin I sinfinə getmiş, 1934-cü ildə həmin məktəbin 7-ci sinfini bitirmişdir. Onun 10 yaşında birinci sinfə getməsi çox güman ki, babası Yüzbaşı Qədir bəyin bolşeviklər tərəfindən qolçomaq kimi sürgün edilməsi ilə əlaqədar olub.Müəllimlikdən başlayan yol    O zamanlar müəllim...