Babayev Zabit Bəcan oğlu 1952-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. O, Alpan kəndində bir sıra məsul vəzifələrdə (Quba ərazi partiya komitəsinin katibi, Sabir adına sovxozun direktoru, Quba rayon icra hakimiyyətinin başçısının Alpan inzibati ərazi vahidliyi üzrə nümayəndəsi) çalışıb. Zabit Babayev həm də Alpan kənd məktəbində tarix müəllimi...
    Nə gizlədim, son illər kəndimizə yolum tez-tez düşmür. Amma çalışıram ki, xeyirdən-şərdən qalmayım. Belə məqamlarda da kəndimizin içi ilə öz xəyallar aləmimə qapılaraq rəhmətlik atamın mülkünə qədər piyada getməyə çalışıram ki, oradan həmin məclislərə gedim. Bir neçə ay öncə də ənənəvi adətimdən qalmadım. Kamil müəllimgilin evinin yanına çatanda istər-istəməz ayaq saxlamalı oldum: Şıxhəsən kişi yadıma düşdü. O Şıxhəsən kişi...
     Tanınmış rejissor Arif Babayevin “Gün keçdi” filmindən bir epizodu yadınıza salmaq istəyirəm. İçərişəhərin dolanbac küçələrinin birində bir kor kişi əlini divarlara sürtə-sürtə gələrək evini tapır... Nəcməddin kişi də, demək olar ki, hər gün səhər, günorta ya da axşamüstü öz evindən mərkəzə, yəni kənd camaatının toplaşdığı məkana gələr, onlarla söhbətləşərdi. Ora qədər olan təxminən 500 metlik məsafəni sadəcə əlindəki əsadan...
    Nurəddin Rəsulov savadı olmayan bir kişi idi. Uzun müddət sovxozda fəhlə kimi çalışmış bu kişi hətta saymağı belə bacarmırdı. Şəxsən mən bunun şahidi olmuşam.    Günlərin bir günü axşam çağlarında mən onlarda olanda Nurəddin kişini işdən əlində kiçik çöplərlə qayıdan və onları həyat yoldaşı Mənzər xanıma verdiyini gördüm. Mənzər xanım onları sayandan sonra: “Bu gün 16 ağacın dibini yumşaltmısan”, - dedi....
    Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini yəqin ki, oxumusunuz. Həmin əsərin mərkəzində dörd aydır ki, cəbhəyə gedən övladından bir xəbər bilməyən ana obrazı dayanır. Elə şeir də gözləri oğlu gedən yollarda qalan, «oğul-oğul deməkdən dili, ağzı qabar olan» ananın iztirablarının təsviri ilə başlanır. Narahat ananın fikri, xəyalı övladının yanındadır. Xasiyyətcə həlim bir qadın olan ana, poçtalyonun dörd aydır ki,...