Ağarzayev Ürfan Gülməmməd oğlu 1972-ci il, mart ayının 7-də Alpan kəndində anadan olmuşdur. 1987-ci ildə kənd orta məktəbini bitirən Ürfan 1990 –cı ildə Quba 103 nömrəli texniki peşə məktəbini geniş profilli traktorçu-mexanizator ixtisası üzrə bitirmişdir. Amansız müharibə onu digər azəri oğulları kimi Vətənin müdafiəsinə qalxmağa səsləmiş və o şanlı döyüş yolu keçmişdir. Bir neçə qaynar döyüş bölgələrində olmuş və...
Ağarzayev Kamran Ələkbər oğlu 1974-cü ilin 14 yanvarında Alpan kəndində anadan olmuşdur. 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. Daha sonra 22 nömrəli Bakı texniki peşə məktəbini qaynaqçı ixtisası üzrə bitirmişdir. Milli Ordu sıralarına 1992-ci ilin iyun ayında çağırılan Kamran ön cəbhədə tez bir zamanda döyüş yoldaşları arasında böyük hörmət qazanmış və bir sıra ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Laçın...
Muradov Şakir Şahabəddin oğlu 1974-cü ilin 18 aprelində Alpan kəndində anadan olmuşdur. Kənd orta məktəbinin 8-ci sinifini 1989-cu ildə bitirdikdən sonra Quba 103 saylı texniki –peşə məktəbində təhsilini davam etdirmiş və geniş profilli traktorçu-mexanizator ixtisasını almışdır.
Vətənin ağır günlərində,1992-ci ilin sentyabr ayında könüllü olaraq ordu sıralarına qoşulmuş və cəbhə bölgəsinə yollanmışdır. Ağır döyüşlərdə iştirak etmiş və daxilində alovlanan Vətən sevgisi...
Kəndimizin ilk şəhidi Elşad Bayramov 1971-ci ilin 22 aprelində Alpan kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989-1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır.
Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur....
Babayev Zabit Bəcan oğlu 28 may 1952-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Uşaqlığını Alpan kəndində keçirən Zabit müəllim tarixçi olmaq arzusunda idi. Kənd məktəbini əla qiymətlərlə bitirən Zabit müəllim 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul edilib. 1981-ci ildə universiteti əla qiymətlərlə bitirib.
Zabit müəllim ali məktəbdə oxuduğu illərdən ictimai işlərlə məşğul olmuşdur. Elə bu səbəbdəndir...
























