Ağarzayev Balaş Xanbaba oğlu 1967-ci ilin 20 yanvarında Alpan kəndində zəhmətkeş kəndli ailəsində anadan olub. Uşaqlıq dövrü kənddə keçən Balaş hələ uşaqlıqdan qəhrəmanlarla maraqlanar, döyüş səhnələri ilə zəngin filmləri daha çox xoşlayarmış. Alpan kənd məktəbini 1984-cü ildə bitirdikdən sonra ordu sıralarına hərbi xidmətə çağırılır və 1986-cı ildə Monqulustanda hərbi xidmətini başa vurduqdan sonra kəndə qayıdır. Hərbi xidmətdən sonra Quba...
Rəsulov Şükür Şahbaba oğlu 1967-ci il dekabr ayının 30-da Alpan kəndində anadan olmuşdur. 1984-cü ildə kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt Politexnik texnikumuna daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır və Əfqanıstanda xidmət edir. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra Bakıda 1 saylı un kombinatında sex rəisi vəzifəsində çalışır.
1991-ci ilin noyabrında Milli Ordu sıralarına yazılaraq cəbhəyə yollanır. ...
Mən orta məktəbdə oxuyarkən Fuadın döyüş zamanı etdiyi qəhrəmanlıqlar haqqında çox eşitmişdim. Mənim uşaq yaddaşımda Fuadın qəhrəman siması formalaşmışdı, halbuki mən onu heç vaxt görməmişdim. Amma, mən onu təsəvvür edə bilirdim.
Fuad, 25 aprel 1969-cu ildə Alpan kəndində, zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Atası Zahir müəllim kəndimizin sayılıb seçilən müəllimlərindəndir. O, uşaqlara hələ kiçik yaşlarından Vətəni sevməyi, Vətən uğrunda...
Novruzov Eldar Əmirsultan oğlu 1975-ci il mayın 28-də Alpanda anadan olub. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdikdən sonra atası ilə birgə Sabir adına sovxozda icarədar işləmişdir. 1993-cü il iyul ayının 12-də ordu sıralarına yazılmışdır. Hərbi texnikanın və silahların sirlərinə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə yiyələnmişdir. Onun döyüş yolu Ağdərə bölgəsindən başlamışdır və bir çox qaynar nöqtələrdə erməni...
Əkbərov Abdulla Hafiz oğlu 1975-ci ildə Alpan kəndində anadan olmuşdur.
Uşaqlığı Alpan kəndində keçən Abdulla Alpan kənd orta məktəbini 1992-ci ildə bitirmişdir. Radiotexnikaya olan marağı onda Bakı Rabitə texnikumunda radio-televizor ixtisası üzrə təhsil almaq arzusu yaratmışdı. Amma , Vətənimizin ağır günlərində o təhsilini davam etdirmək arzusunu gələcəyə saxlayır və kəndin şəhid oğlanlarının qisasını almaq üçün Milli Ordu sıralarına çağıralacağı günü...
























