Qisası oğluna qalan şəhidimiz

560
Allahverdiyev Almaz Əziz
Allahverdiyev Almaz Əziz

    Allahverdiyev Almaz Əziz oğlu 1963-cü il martın 10-da Quba rayonunun Alpan kəndində anadan olmuşdur. 1970-ci ildə Alpan kənd məktəbinə qəbul edilən Almaz 1980-ci ildə məktəbi bitirib. 1981-1983-cü illər aralığında 3 il ərzində Sovet ordusunda hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra sovxozda çalışan Almaz 1985-ci ildə Quba sovxoz texnikumuna daxil olmuşdur.

    1989-cu ilin may ayından 1990-cı ilin noybr ayınadək Ukrayna Respublikasının Xarkov vilayətində Hərbi Gizirlər məktəbində tam kurs keçmiş və Azərbaycan Respublikasına döndükdən sonra N saylı hərbi hissədə xidmətə başlamışdır.

    Birinci Qarabağ müharibəsi başlayan ilk günlərdən ön cəbhədə döyüşən Almaz qüsursuz xidmətləri və igidliklərinə görə bir neçə dəfə mükafatlarla təltif edilmişdir.

Allahverdiyev Almaz Əziz
Allahverdiyev Almaz Əziz

    Allahverdiyev Almaz xidməti vəzifəsini yerinə yetirərkən 24.01.1995-ci ildə Füzuli istiqamətində  şəhid olmuşdur. Subaba qəbiristanlığında dəfn edilmişdir.

Allahverdiyev Təbriz Almaz
Allahverdiyev Təbriz Almaz

    Şəhidimizn bir oğul övladı yadigar qalıb.İki  yaşı olarkən atasını itirən Təbriz hazırda Ordumuzun peşəkar zabitlərindəndir. Vətən müharibəsi başlayan gündən ağır döyüşlərdə iştirak edib. 2016-cı il aprel döyüşlərinin də iştirakçısı olmuş Təbriz Vətən müharibəsində Cəbrəyıl, Zəngilan, Qubadlı və Laçının düşməndən azad edilməsində igidlik göstərmişdir. Qüsursuz xidmətinə görə dəfələrlə təltif edilmiş Şəhid oğlu son döyüşlərdə ermənilərə qan udduraraq atasının qisasını almışdır.

Müəllif: İlkin R. Balayev