Zabit olmaq arzusu
Şux qamətli, vüqarlı, hamının fəxrlə baxdığı hərbi geyimli azərbaycan zabiti. Davranışı ilə hamıya nümunə olan, illər boyu həyatdan qazandığı təcrübələrini, əxz etdiyi bilik və bacarıqlarını ona əmanət edilmiş əsgərlərinə yorulmadan, həvəslə öyrətməyə çalışan hərbçi. Vətən adlı müqəddəs məkanın bir an belə göz qırpmadan, bir ömür keşiyində durmağa əzm etmiş polad insan. Ehtiyac olarsa sevə-sevə canından keçməyə belə...
Qısa arayış
Dadaşov Ağadadaş Emin oğlu 1994-cü il yanvar ayının 27-də Quba rayonunun Alpan kəndində anadan olub. 2000-2011-ci ildə şəhid Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Coğrafiya və Çağırışaqədər hazırlıq” fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına yiyələnib. 2015-ci ildə hərbi xidmətə çağırılıb. 2016-cı il aprel döyüşlərində ön cəbhədə Snayper Manqa...
ALPAN MƏKTƏBİ
General-mayor Mayis Bərxudarov “Şimal pələngləri”ndən birini necə təbrik etdi?
ilkinalpanli -
Bu dəfə sizə Vətən müharibəsinin iştirakçısı Ağagülov Şəhriyar Etibar oğlundan söz açmaq istəyirəm. Ağagülov Şəhriyar Etibar oğlu 20 dekabr 1977-ci ildə ziyalı ailəsində anadan olub. 1995-ci ildə orta təhsilini Alpan kəndində başa vurandan sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin tank-artilleriya fakültəsinidə artilleriya ixtisasına yiyələnib. 1999-cu ildə leytenant rütbəsində Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə artilleriya divizionu kəşfiyyat rəisi...
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən müharibəsində işğalçı Ermənistan üzərində şanlı Qələbə qazanıldı. Bu böyük Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Şübhəsiz, bu Qələbə əsgər və zabitlərimizin yüksək döyüş hazırlıqlarının, peşəkarlıqlarının sayəsində əldə edildi. Bizə zəfər yaşadan hərbi qulluqçulardan biri də həmkəndlimiz, gizir Novruzov Rəşad Lətif oğludur.
Qısa...
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biri də həmkəndlimiz, leytenant Söhbətov Elsevər Cingiz oğludur.
Leytenant Söhbətov Elsevər Çingiz oğlu 17 avqust 1998-ci ildə Quba rayonunun Alpan kəndində dünyaya göz açıb. O, E.Bayramov adına Alpan kənd tam orta məktəbinin şagirdi olub. 2015-ci ildə C. Naxcıvanski adına hərbi liseyi bitirəndən sonra...
























