Sənə hər kimsə elm edər təlim,
Ona vacibdir eyləmək təzim.
Seyid Əzim Şirvani.
Mənim üçün həyatda ən uca adlardandır müəllim adı. Bu adın həqiqi daşıyıcıları təəssüf olsun ki,azdır dövrümüzdə. Mənim dəyərli müəllimlərim çoxdur. Hər zaman onları hörmətlə xatırlayıram. Bu insanların borcundan ömrümüz boyu çıxa bimərik biz. Hər birimizin ən ali məqsədi olmalıdır müəllimə hörmət. Mən kəndimiz və sakinləri haqqında kənardan xoş sözlər eşidəndə...
Dünyada nəcib peşələrin sayı çoxdur. Amma aqillərin dediklərinə görə, onların arasında ən müqəddəs, şərəfli peşə müəllimlikdir. Bu da səbəbsiz deyil. Çünki digər peşə sahibləri məhz müəlimlərin, xüsusən də ilk müəllimlərinin sayəsində bu və ya digər sənətin sirlərinə yiyələnirlər. Amma mənə elə gəlir ki, hər kəs özünün ibtidai sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrin mərkəzində ona...
Təzəliklə Qvami müəllimin yeni yazılarını da oxuduq. Birbaşa Alpan məscidi və Alpan məktəbi barədə fikirləri də digərləri kimi maraqla qarşılandı və gözəl müzakirələrə səbəb oldu. Müzakirələr elə maraqlı ürəkdən aparılır ki, şəxsən mən kəndimin ziyalıları ilə qürur duydum. Fəlsəfədə belə bir fikir var ki, ziddiyyətlərin toqquşmasından inkişaf yaranır. Ziyalılarımızın apardığı diskussiyalar da bunu sübut edir. Mən də bu diskussiyalara qoşulub...
Giriş Yadımda deyil, ya altıncı, ya da yeddinci sinifdə oxuyarkən Qəzənfər müəllimə atamın (Məhəbbət) dərs dediyi fənnin-ədəbiyyatın üstünlüklərindən “mühazirə” oxumağa çalışmışdım. Amma Qəzənfər müəllim mənə öz fənnindən elə dərs keçdi ki, hətta sonradan onun fikirlərini “şeir”ə çevirməyə də cəhdlər göstərdim. Həmin “şeir”in yadımda qalan bəzi bəndlərini sizə də təqdim edirəm:Hər çöhrədə, hər bənizdə,
Hər çığırda hər bir izdə…
Sakit göldə, həm...
İnsafən, son illər kəndimiz haqqında dəyərli məlumatlar toplanılıb və kitablar halına salınaraq nəşr olunub. Bu işdə zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Onu da deyim ki, həmin məlumatların virtual aləmdə yayımlanmasında ixtisasca riyaziyyatçı olan İlkin Balayevin xidmətləri böyükdür. Elə bu səbəbdən mən onu həmişə kəndimizin “ilk virtual “Əkinçi”si” kimi təqdim etməyə çalışıram. Və artıq 10 ilə yaxındır ki,...
HAVA PROQNOZU
Quba
clear sky
19.7
°
C
19.7
°
19.7
°
54%
1.1kmh
0%
Tue
28
°
Wed
27
°
Thu
20
°
Fri
21
°
Sat
20
°

























