O, təvazökar, xeyirxah və alicənab bir insan idi. Onun insan kimi kamilliyinə də söz ola bilməzdi. Mənim aləmimdə o, rəftarında, oturuşunda, duruşunda, ədəb-ərkanında hər kəsə nümunə idi. Onun ən yüksək keyfiyyətlərindən biri də çoxlarına nümunə ola biləcək ailə xoşbəxtliyi idi. Hətta özü də deyərdi ki, həyatda qazandığı nailiyyətlərində ömür-gün yoldaşı Zeynəb xanımın da böyük payı var. Bu dəfə sizə...
     “Alma almaya bənzər” lirik kinokomediyasını rejissor Arif Babayev 1975-ci ildə ekranlaşdırıb. Bu filmin əsas personajlarından biri tumsuz alma sortu yetişdirməyə nail olan bağban Nadir babadır ki, onu da bir sıra filmlərdən tanıdığımız Xalq artisti Hüseynağa Sadıqov canlandırıb. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırmaqla yanaşı, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu da göstərir. Yəqin bilirsiniz ki, həmin filmin əksər kadrları,...
     Əziz alpanlılar, bir müddət bundan əvvəl “Kəndimizin Toy Adətləri” adlı kiçik bir yazı ilə qarşınıza çıxdım. Məqsədim, yazıda da qeyd etdiyim kimi, kəndimizin tarixi qədər qədim adətlərinin tam unudulmasının qarşısını almağa cəhd etmək və onları bizdən sonra gələcək nəsillərə çatdırmaqdır. Bugün bizə lazımsız görünən bir addım, inanın ki, 20-25 il (bəlkə daha az) sonra çox maraqla qarşılanacaq və ruhumuza...
    Bizə cəbr və həndəsə fənlərini sevə-sevə öyrədən müəllimin adı Sadıq, soyadı Qasımov idi. Artıq neçə ildir ki, o, haqq dünyasındadır. (Allah rəhmət eləsin). Bizim Sadıq müəllim digər müəllimlərə bənzəməzdi. Onun özünəməxsus tədris, tərbiyə metodları var idi... Özü də həmişə əlində dərslərində istifadə etdiyi transportir (bucaqları qurmaq və ölçmək üçün istifadə edilən alət) olardı.    Sadıq müəllim mənim yaddaşımda təkcə riyaziyyat müəllmi...
    Kəndimizdə iki bağ sahəsi də var ki, onlardan biri “Mirabın alma bağı”, digəri isə “Mirabın armudluğu” adlanır. Torpaq bölgüsündə həmin ərazilərin kimlərin qismətinə düşdüyünü deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, həmin bağlar kəndimizdəki digər meyvə bağlarından bir qədər fərqlənirdi.    Elə bilməyin ki, Mirab bəylərdən olub. Yox, özünün də dəfələrlə vurğuladığı kimi, o, sadəcə kəndçi balası olub. Yəni valideynləri imkanlı...