O vaxtlar kəndimizdə evlərin tikintisində əsas material kimi, bir qayda olaraq, torpaqdan hazırlanmış çiy kərpicdən (o zamanlar mişar daşından söhbət belə gedə bilməzdi) istifadə olunardı. Çiy kərpic kəsmək üçün əvvəlcədən hazırlanan torpaq, su ilə palçıq halına gətirilər və üzərinə ləmbə (küləş, yəni taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman.) səpilərək ayaqla tapdanardı. Tapdanma prosesində əsasən kişilər iştirak edərdilər....
Orta məktəbin 7ci sinifində həftədə 1 saat Azərbaycan tarixi dərsi keçərdik. Yaxşı yadımdadır, 140-150 səhifədən ibarət bir kitab idi. Cümlələri uşaqların çətinliklə başa düşəcəyi qəliz bir dildə yazılmış bu kiçik kitaba bu boyda millətin tarixinin necə sığışdığını uşaq ağlımla heç cür anlaya bilmirdim. Əvəzində isə SSRİ tarixi adı altında qalın-qalın kitablarla rus tarixini (bəzən gözə toz atmaq üçün 1-2...
Adı ömür kitabımın bütün səhifələrində
ehtiramla anılan müəllimim
Abdulməcid Mustafayevin
əziz xatirəsinə ithaf edirəm.
Seyrələn sıra… Ömürlərinin heç bir zaman bitməyəcəyinə inandığımız ata-analarımız kimi müəllimlərimiz də bizləri yetim qoyanda bu dünyanın faniliyinə inanmalı oluruq. Ürəyimizin giziltiləri kipriklərimizdə şehlənir...
Bir qismətəm – yazılmışam,
O dünyadan bu dünyaya.
Yarpaq lələ asılmışam,
Bu dünyadan o dünyaya.
Yetim dağam, qərib düzəm,
Bərələrdə dolan izəm,
Həsrət baxan bir ulduzam,
Bu dünyadan o dünyaya.
Dərdə, qəmə...
Kəndimizdə kino nümayişi üçün böyük klub da fəaliyyət göstərərdi. Ödəniş kimi də 20-40 qəpik pul verib, göy rəngli bilet alardıq. Həmin filmlər insanlara ülvi hissləri aşılayardı, aqressiya demək olar ki yox idi. Hər kəs filmlərdə öz idealını görərdü. O dövrdə kino, ümumiyyətlə, başqa aləm idi. Amma hind filmlərinə baxmağa daha çox adam gələrdi... Qocalı-cavanlı, ailəliklə - hamı baxmaq istəyirdi...
İnsanla həmyaşdır,
Ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.Musa Yaqub Bilmirəm, fikir vermisiniz, yay yox. mən bu və ya digər şəxsdən yazanda həmin yazıda kəndimizin dünəni ilə bağlı da hər hansı bir məlumat verməyə çalışıram. Sözün doğrusu, belə yazılar yazmağımın əsas qayələrindən biri, hətta deyərdim ki, birincisi elə budur. Doğrudur, indiki zamanda bu, bir...
HAVA PROQNOZU
Quba
clear sky
19.7
°
C
19.7
°
19.7
°
54%
1.1kmh
0%
Tue
28
°
Wed
27
°
Thu
20
°
Fri
21
°
Sat
20
°

























