Bir vaxtlar kəndimizdə “Qaraj” deyilən bir məkan da vardı. Burada əsasən sovxoza məxsus texnika saxlanılar və onlara texniki xidmət göstərilərdi. Hələ uşaqlıq illərimdə yolum “Qaraj”a düşəndə iki nəfərin işi mənə olduqca qəribə göründüyündən onların işlədikləri otaqlara oğrun-oğrun boylanardım. Həmin kişilərdən birinin adı Bəşir, o birinin adı isə Bəcan idi. Bəşir kişi müəyyən tapşırıqlar əsasında dəzgahlarda maşın, traktor və kotanlar...
Hər bir xalqın özünə aid milli adət-ənənələri vardır. Həmin xalqın yaşadığı coğrafi mühit, iqlim, yaşayış şərtləri və sairə ilə əlaqədar adət-ənənələr də müxtəlif çalarlara malik olur. Ana vətənimiz Azərbaycan ın milli mədəniyyəti, folkloru da belə çalarlarla zəngindir. Adət-ənənə ağacıımzın kökləri, gövdəsi bir olsa da o, şimal-cənub, şərq-qərb, dağ-aran budaqlarına şaxələnmiş və bu budaqlar da özlüyündə rəngarəngliyi ilə insanı valeh...
Kim nə deyir desin, ilklər həmişə insanların maraq dairəsindədir. Kəndimizdə də ilklərə imza atanlar olublar. Onların bəzilərindən kəndimizin sakinləri xəbərdardırlar. Lakin bu günlərdə keçirdiyim kiçik rəy sorğusundan aydın oldu ki, həmkəndlilərim Alpanın ilk peşəkar jurnalistinin (jurnalistika ilə məşğul olan peşəkar ədəbi işçi) kim olduğunu bilmirlər. Bu dəfə sizə elə kəndimizin ilk peşəkar jurnalistindən - Abdulhaşım Ələsgərovdan söhbət açacağam. Məlumat...
"Köhnə kişi”lərdən söz düşəndə İsmayıl kişi tez-tez yadıma düşür. Onu da deyim ki, mən köhnə kişilər deyəndə sözünə sadiq, keçmiş milli adət-ənənələri qoruyan və yeni dəyərləri kor-koranə qəbul etməyən kişiləri nəzərdə tuturam. Amma etiraf edim ki, ağır oturub batman gələn, yurd-yuvalarına bu gün də kölgə olan, ağrıya-acıya “uf” deməyən, sinələrini xırman yerinə döndərən, mənsəb hərisləri olmayan belə kişilərdən söz...
Alpan ərazisinə XIII əsrdə Orta Asiya mənşəli türk tayfalarının axını olmuşdur.Hülakü sərkərdəsi Atlıxanın nəslindən olanlar Alpanda məskunlaşmış,türk tayfalarından olan Kirey və Xurellər isə Alpandan bir qədər aralı ərazidə-indiki Gərəy və Xuray ərazilərində məskən salmışdılar. Alpanda məskunlaşan Atlıxanlıların nəsilləri yerli alpanlılar tərəfindən indi də “Attıxanlılar” adlandırılırlar və böyük əqrəbadılar.Qeyd etdiyim Hülakü xanın sərkərdəsi Atlıxan Dərbənddən Qəbələyə kimi geniş ərazinin sahibi idi.Bu...
HAVA PROQNOZU
Quba
clear sky
19.7
°
C
19.7
°
19.7
°
54%
1.1kmh
0%
Tue
28
°
Wed
27
°
Thu
20
°
Fri
21
°
Sat
20
°

























