Qvami Məhəbbət oğlu Rəsulov 20.07.1959-cu ildə Quba rayonun Alpan kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunur və 1986-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirir.
Qvami müəllim 18 ilə yaxın Səttərxan adına maşınqayırma zavodunda çalışıb və bu müəssisənin “Qabaqcıl texnika uğrunda ” qəzetində yazıları dərc olunub. Bir müddət “Hüriyyət” qəzetində fəaliyyət göstərib....
https://www.youtube.com/watch?v=8wylsoSxA40&t=1s
Alpan kəndi Bakıdan 165 km məsafədə, Quba rayonunun şimal-qərbində(rayon mərkəzindən 17 km məsafədə ) yerləşir.
Koordinatları: 41° 23' 17" (41.388056°)şimal-en dairəsi, 48° 25' 49" (48.430278°) şərq-uzunluq dairəsi.
Dəniz səviyyəsindən hündürlüyü: 758 metr.
Quba rayon mərkəzindən 17 km məsafədə Qusar rayonu ilə həmsərhəd kənd.
Əhalisi: 3308 nəfər.
Sahəsi:200 km2
Dili:Azərbaycan dili.
Alpan kəndində iki məktəb, sağlamlıq mərkəzi, mədəniyyət evi, kitabxana,klub,telefon qovşağı, poçt fəaliyyət göstərir.
Şahdağın sərin mehinin tumarladığı bir kənd var Quba rayonunda. O kənddən Şahdağ çox əzəmətli, vüqarlı görünür. Bəlkə də başqa bir kənddən çətin ki Şahdağ belə gözəl görünsün. Bu kənd - doğulduğum, qayğısız uşaqlıq illərimi keçirdiyim doğma kəndim Alpan kəndidir. Qoca təbiət xəsislik etməmiş, bir rəssam məharəti ilə füsünkar bir mənzərə bəxş etmişdir bu kəndə. Diş göynədən bulaqlarını, sərin meşələrini,...
Mən tarixçi deyiləm. Amma tarixə olan marağım və ən əsası, kəndimizə olan sevgim məndə kəndimizin tarixinə başqa bir rakusdan baxmağa həvəs yaratdı. Qeyd edəcəyim məlumatlar oxuduğum kitablar, məqalələr və kənd camaatından eşitdiyim rəvayətlər əsasında tərtib edilmişdir.
Uşaqlıq dövründə mən müxtəlif əşyaları toplamağı xoşlayardım. Məsələn, topladığım əşyalar arasında yüzlərlə maşın şəkilləri, müxtəlif ölkələrin pulları, qədim əşyalar və saxsı qabların qırıntılarını görmək...
Onunla planlaşdırdığımız kimi məktəbin foyesində görüşdük. Əlində “Zaman” qəzetinin sonuncu sayı və yeni çapdan çıxmış kitabı var idi. Görüşdük. Hal-əhvaldan sonra kitabını və qəzeti təqdim etdi,qəzetdə sonuncu məqaləsinin olduğunu bildirdi.
Rayonumuzun və kəndimizin sayılıb- seçilən, qabaqcıl müəllimlərindən olan insanla söhbətimiz istədiyim məcrada gedirdi. Hər kəlməmi diqqətlə dinləyir və məsləhətlərini verirdi. Onunla söhbətimiz yarım saat zaman kəsiyində olmasına baxmayaraq çox məsələnin...
























