Kəndçimiz şair-publisist Cabir Alpoğlu Albantürk (Cabir Səbrullah oğlu Ağaoğlu) 6 may 1961-ci ildə Quba rayonunun Alpan kəndində müəllim ailəsində anadan olub. 1978-ci ildə Alpan kənd orta məktəbini fərqlənmə ilə bitirən Cabir bəy 1979-1981-ci illərdə hərbi xidmətdə olub.Əsgərlikdən sonra Bakı Maliyyə Kredit Texnikumunda təkmilləşmə və ixtisas artırma kursunu bitirmiş və əmək fəaliyyətinə davam etmişdir. Cabir bəyin nə ali nə...
Anam, bacım, qız gəlin,
Əli, ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
Xalqımızın çox zəngin toy-düyün adətləri var. Quba bölgəsində bu gün də yaşamaqda olan belə adətlərdən biri təzə gəlinə xüsusi adın verilməsi ilə bağlıdır. Digər bölgələrimizdə də gəlinlərə bəzi adlar verilir. Ancaq bu advermə Qubada olduğu kimi canlı mərasim, ənənə şəklində yaşamır. Çox güman ki,...
Bu dəfə kəndə yolum düşəndə Gülçəmən bibimin ağır xəstə olduğunu dedilər. Ona baş çəkməyi özümə borc bildim. Bir də baş çəkmədən kənddən ayrıla bilməzdim, axı o mənim xətrimi öz ovladları qədər çox istəyir. Bəzən çoxlarına demədiyi sözünü, sirrini mənə danışardı. Onu da deyim ki, hər dəfə kəndə gedəndə məni evinə qonaq çağırar, yaxşı süfrə açar və sonra ürəyini boşaldardı....
Onun da özünəməxsus deyimləri, yaddaqalan kəlamları, duzlu-məzəlli söhbətləri olub. Lap Molla Nəsrəddin kimi. Odur ki, indi də yaşlı adamlar onu xatırlayır, hərdən ondan söz açırlar. Lakin onunla bağlı əlimizdə yazılı, demək olar ki, heç nə yoxdur. Onları yazıya köçürmək gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Hər halda, onun dildən-dilə düşmüş söz-söhbəti Alpanın da tarixinə bir cığır aça bilər....
İSTEHSALI
Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq Qusar rayonunun xalçaçılıq məntəqələrində də geniş yayılmağa başlamışdır.
BƏDİİ XÜSUSİYYƏTLƏRİ
«Alpan» xalçalarının bədii kompozisiyası iki varianta malikdir.
Birinci variant.
Bu xalçaların ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulmuşdur. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil...
























