Alban // Alpan mifoloji toponimi
Türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının məişətində movcud olan dil və folklor materiallarını tutuşdurarkən mifologiyamızada xüsusi yer tutan “Al” tapınışı ilə əlaqədar mifoloji toponimlərin olması üzə çıxır.
Materialların təhlili göstərir ki, Azərbaycan dilində Al tapınışı ilə bağlı olan toponimlər 3 fonetik variantda işlənir:
Al morfemi və digər hissəciklərdən ibarət mifoloji toponimlər:
Alban, Alpan, Alpout, Allar, Alar, Alpı...
Uşaqlıqdan “Alpan” sözünün mənası haqqında adi insanlar arasında belə gedən polemikaların şahidi olmuşam. Tələbəlik illərində dilçi alimlərimizdən bu sözün etimologiyası, daşıdığı mənalar haqqında soruşmuşam. Onların fikrincə “alp” – kökü igid, mərd və ya ucaboy, ağbəniz, “an”-şəkilçisi də yer mənasını verir. Başqa sözlə desək, “Alpan” igidlər, mərdlər, ucaboylar, ağbənizlər yaşayan yer mənalarına uyğun gəlir.
“Alpan” sözü ilə əlaqədar yüzlərlə internet saytalrı...
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Haqqında danışacağım insanı bəlkə də aramızda tanıyanlar çox azdır. O, Alpan kəndindən yeganə Milli Qəhrəmandır. Bakıda anadan olsa da Alpana bağlı insan olub, tez-tez Alpana qohumlarına baş çəkməyə gedərmiş . Həyat yoldaşı Sevil xanım Rafiq...
İsayev Elxan Rasim oğlu 1973-cü il sentyabr ayının 11-də Sumqayıt şəhərində anadan olmuşdur. Uşaqlığını Sumqayıtda keçirən Elxan tez-tez doğma kəndi Alpana gedir və qohumları ilə yaxın münasibətdə olurmuş.
Elxan 1980-cı ildə Sumqayıtdakı 15 saylı orta məktəbə qəbul olunmuş və 1990-cı ildə həmən məktəbi əla qiymətlərlə bitirmişdir. Vətənimizdə gedən müharibə Elxanın təhsilini davam etdirmək arzularını həyata keçirməyə imkan verməmişdir. O,1991-ci ildə...
Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndində anadan olmuşdur. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başlamışdır.
1993-cü ilin iyul ayının 5-də Milli Ordu sıralarına çağırılan Eldəniz Güzdəkdə yerləşən hərbi hissədə xidmət etmiş və 8 ay ərzində burada hərbin sirlərinə yiyələnmişdir. 1994-cü ilin mart ayının 11-də Eldənizi döyüş bölgəsinə-Ağdama göndərirlər....
























