Tərlan həkim
    Haqq dünyasında olan hansısa şəxsi xatırlayanda, ondan söz açanda adətən belə deyirlər: yaşasaydı… Mən də bu ənənəyə sadiq qalaraq, səmimi, xeyirxah insan haqqında yazıma elə bu ifadə illə başlayıram: 6 il öncə aramızadan əbədi ayrılan Tərlan İsrafil oğlu Məmmədov yaşasaydı, 5 martda 60 yaşını qeyd edəcəkdi.    Tərlan İsrafil oğlu Məmmədov 5 mart 1962-cı ildə Alpan kəndində dünyaya göz açıb. 1979-cü...
Əli Qədirbəyli
    Əksər həmkəndlilərimiz onu yalnız Vəlibəylilər şəcərəsindən olan Hacı Neman Qədirbəylinin oğlu kimi tanıyır. Lakin onun gördüyü işlərdən xəbərləri yoxdur. Bu yazını da qələmə almağımızda məqsədimiz onu, yəni Əli Qədirbəylini sizə daha ətraflı tanımaqdan ibarətdir.    Əli Neman oğlu Qədirbəyli 1981-ci ildə Quba rayonunun Vladimirovka kəndində dünyaya göz açıb. O, 1988-ci ildə həmin kəndin orta məktəbində təhsilə başlayıb və orta təhsilini Quba...
Balayev İlkin Rafiq
    Bir zamanlar internetdə kəndimiz haqqında tutarlı, müfəssəl, dolğun məlumatlara rast gəlmək mümkün deyildi. Amma 10 ildən çoxdur ki,  virtual aləmdə bu boşluq ixtisasca riyaziyyatçı olan İlkin Rafiq oğlu Balayev tərəfindən aradan qaldırılıb. Elə bu səbəbdən mən onu həmişə “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin adı ilə  eyni sırada hallandıraraq onu kəndimizin “ilk virtual “Əkinçi”si” kimi təqdim...
Rəşad Cabirli
    Ramazan bayramı günlərində bir nəfər kəndimizdəki dükanlardan birinə - Mirabbas müəllimin oğlu Zinyəddinin dükanına girir və deyir:- Zinyəddin kişi, nisyə dəftərinizə əsasən deyə bilərsinizmi bizim kənd camaatının sizə nə qədər borcu var?Zinyəddin kişi təəccüblə soruşur:- Neynirsən axı?Həmin şəxs ona:-Həmin borc dəftərini satın almaq istəyirəm, - cavabını verir. Az sonra əlavə edir:-Xahiş edirəm, elə indicə oradakı bütün borcları hesablayıb mənə...
Sultan Sənəliyev
    Kənddimizdə onu tanımayan yoxdur. Özü də ondan söz düşəndə hamı: böyük də, kiçik də bir nəfər kimi bu sadə insanı xeyir-şər adamı, başqa sözlə desək tədbirlərimizin sultanı kimi xarakterizə edir və valideynlərinə rəhmət oxuyur. Bu dəfə sizə adının mənası padşah, hökmdar, hakim, dövlət başçısı, imperator, qüdrət, qüvvət mənasında olan və öz fəaliyyəti ilə bu sözə yeni çalarlar əlavə etmiş...