Kənddimizdə onu tanımayan yoxdur. Özü də ondan söz düşəndə hamı: böyük də, kiçik də bir nəfər kimi bu sadə insanı xeyir-şər adamı, başqa sözlə desək tədbirlərimizin sultanı kimi xarakterizə edir və valideynlərinə rəhmət oxuyur. Bu dəfə sizə adının mənası padşah, hökmdar, hakim, dövlət başçısı, imperator, qüdrət, qüvvət mənasında olan və öz fəaliyyəti ilə bu sözə yeni çalarlar əlavə etmiş...
Kim nə deyir desin, qış bütün xüsusiyyətləri ilə seçilən, həm də sevilən fəsildir. Bəri başdan qeyd edim ki, əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıq olan kəndimizin camaatı qışın qarlı keçməsini arzulayardı. Günlərin bir günü atamdan bunun səbəbini soruşdum. Dedi ki, qarın xeyri çoxdur, çünki qar bağlara, tarlalara ziyan verən həşəratları məhv edir, havanı təmizləyir, nəticədə bol məhsul yetişir. “Qar...
Uzun-incə bir yoldayam,
Gediyorum gündüz-gecə...(Aşıq Veysəl)
Məndən yaşca kiçik olsa da, onun haqqında çox maraqlı faktlar eşitmişdim. Məsələn, eşitmişdim ki, o, hələ beş yaşında ikən dastanlarımızı oxuyur, onları özünəməxsus formada söyləyir. “Koroğlu” dastanı isə dilinin əzbəri imiş. Dastan demişkən, ustadlar ustadnaməni bir deməyib iki deyər, biz də deyək, iki olsun. Onu da eşitmişdim ki, o, hərfləri kimsənin köməyi olmadan öyrənibmiş....
Hələ sovet dönəmində kənd məscidimizin yararsız hala düşməsi ilə əlaqədar həyəcan təbili çalınıb. Məsələn, 1984-cü ildə “Şəfəq” qəzetində Məhəbbət Rəsulovun “Tarixi abidələr qorunmalıdır” adlı yazısında deyilir: “Kəndin mərkəzində yerləşən məscid binası qədimliyinə, tikilişindəki obrazlılığına görə diqqəti cəlb edir. Lakin bu tarixi abidənin də üstündəki dəmirlər köhnəlib sıradan çıxır, ətrafdakı navalçalar tamamilə zay olmuşdur. Damın üstündəki günbəzin dəmirləri sökülmüş və...
40-50 il əvvəl kəndimizin toyları tam başqa idi. Bütün bunlar haqqında Neman Qədirbəyli “Kəndimizin toy adətləri” adlı yazısında ətraflı yazıb. Odur ki, mən bu yazımda bütövlükdə o vaxtkı toylarımızdan deyil, sadəcə onların, əgər belə demək mümkünsə, bir detalından, yəni çalğıçılardan, bir qədər ətraflı söz açmaq istəyirəm.
Bəli, günortaya yaxın çalğıçılar musiqi sədaları altında toy sahibinin həyətinə daxil olardılar. Şən musiqi...
























