Tarixi mənbələrə istinadən qeyd edək ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun əsgərləri bizim Alpan camaatını da erməni daşnaklarından xilas ediblər. O zaman kəndimizin ərazisində amansız döyüşlər də gedib. Subaba qəbirsitanlığındakı bəzi məzarların baş daşlarının üzərində güllə izlərinin indiyədək qalması bu faktı bir daha təsdiq edir. Kəndimizdə gedən döyüşlərdə türk əsgərlərindən şəhidlik zirvəsinə yüksələnlər və kəndimizdə dəfn olunanlar barədə yaşlı...
1918-ci ildə Qubaya, Alpana, Susaya türk əsgər və zabitləri 3 dəfə gələrək xalqın erməni-bolşevik basqınlarına qarşı müdafiəsində və başqa problemlərinin aradan qaldırılmasında yaxından iştirak ediblər.
İlk dəfə 1917-ci ilin oktyabrında Azərbaycanda, Dağıstanda vəziyyəti öyrənmək üçün göndərilən 3 türk zabitindən sonra, Birinci dünya müharibəsi illərindəki 1914/16-cı il Rus-Türk müharibələri zamanı əsir düşmüş və Sibirə sürgün edilmiş türk zabitlərinin (İhsan paşa, ştab...
O zamanlar kəndimizdə fəaliyyət göstərən çayxanalar ilk növbədə çay və digər yüngül içkilərlə (yəni araqdan başqa) əhaliyə xidmət göstərən məkanlar kimi tanınardı. Özü də o zamanlar çayxanaların xidmətindən yaşlı və orta nəsilə məxsus kişilər istifadə edərdilər, başqa sözlə desək, onlar çay içə-içə dincliklərini alar, bir-birindən hal-əhval tutardılar. Çayxanalar, bir növ, kişilərin yığıncaq, yaxud da görüş yeri idi. Həmin məkanlarda...
Şair-publisist Cabir Alpoğlu Albantürkün altı aydan bəri toplayıb, tərtib edərək çapa hazırladığı, elmi redaktoru t.ü.f.d., dosent Aqil Şahmuradov, məsləhətçisi tədqiqatçı-tarixçi Zabit Babayev, ədəbi redaktoru dilçi-pedoqoq Neman Qədirbəyli olan və 29 müəllifin yazılarının yer aldığı "Alpan - Türk yurdu" adlı tarixi, publisistik, maarifləndirmə və tanıtım məqsədli nəşr nəhayət ki, bir neçə həmkəndlimizin maddi yardımı ilə işıq üzü gördü. Zərdabi nəşriyyatında...
Həyat yolumda böyük rolu olan həmkəndlimiz, həmkarım Neman Qədirbəylinin simasında sənəti ilə ucalıb qocalan bütün müəllimlərə ithaf olunur.
Hər bir insanın həyatına əhəmiyyətli dərəcədə təkan verən hadisə və ya insanlar olur. Bu yazıda bugünkü həyatımda mühüm rol oynamış insanlardan biri, yaşı yetmişi haqlamış, həmkəndlimiz hörmətli Neman müəllimdən söz açmağa çalışacağam.
Mənim universitetə hazırlaşmağım ötən əsrin 70-ci illərinə təsadüf edib. Orta məktəbi əla qiymətlərlə bitirdiyimə...
























