Kəndimizin tanınmış ibtidai sinif müəllimlərindən biri olan Mirabbas Rəşidov 1915-ci ildə Quba rayon Alpan kəndində, bir neçə dəyirman sahibi Hacı Abdurrəhim kişinin ailəsində doğulub. O, 2 illik müəllimlər məktəbini (pedməktəbi) bitirib təyinatla göndərildiyi Şabran (o zamankı Dəvəçi) rayonunda 1942-dən 1952-ci ilədək 10 il müəllim kimi çalışarkən Quba Müəllimlər İnstitutunda (1948/52) ali təhsil də alaraq iş yerini Qusar rayonunun Qayakənd...
Biri var idi, biri yox idi. Kəndimizdə hamının “Ussan” kimi tanıdığı Süsən adlı bir xanım vardı. Üz-gözündən nur yağan, xoş rəftarlı bu xanım hamının, daha doğrusu, təbirimizcə desək, məmə yeyəndən pəpə yeyənə qədər hər kəsin sevimlisi idi. Amma onun həyat tarixçəsindən çoxları, o cümlədən öz balası kimi sevdiyi qardaşı Hacı kişinin oğlu Maarif Əmkişiyev də xəbərsiz idi. Odur ki,...
Bizdən əvvəlki nəsillər və bizlər kiçik kənd evlərində boya-başa çatıb həyata qədəm qoyanlarıq. Eyvanı küləşlə örtülmüş, yaz gələn kimi qaranquşların yuva qurduqları, damı torpaqlı, iki kiçik otağı axşamlar neft lampası ilə işıqlanan evimiz hərdən yuxuma girir, ev əhli və qonaqlar üçün həmişə yer tapılan o qaynar, səmimiyyət, hörmət və məhəbbət dolu illər içimdəki həsrət nəfəsli kövrək xatirələrimi üzü qışa...
(Həyatın içindən)
Əslin danan hramzadadır. (Azərbaycan atalar sözü)
Həyatda ən çətin məqamlardan biri də “Olduğun kimi görün və ya göründüyün kimi ol” dilemmasıdır. Görkəmli filosof Diogen günün günorta çağı əlindəki çırağı insanların üzünə tutataraq nə isə axtarardı. Niyə belə etdiyini soruşanlara əsl insan axtardığını bildirərdi. Diogenə görə, insanlar əsl simalarını gizlədir, göründükləri kimi olmurlar.
***
Rəhmətlik Xıdır müəllim öz mədəniyyəti, intellektual səviyyəsi, təəssübkeşliyi...
(Xatirələr)
Sovet dönəmində kəndimizdə işıqlar tez-tez sönərdi. Elə bu səbəbdən kənd camaatı yuxarılara şikayətlər edərdi. Belə şikayətlərdən biri də “Şəfəq” qəzetinə olunmuşdu. Qəzet də bu şikayətə belə reaksiya vermişdi:
Danışmaqdan danışmamaq yaxşıdır,
O işıqdan hisli çıraq yaxşıdır.
Hisli çıraq demişkən, elə bu səbəbdən o illərdə kənd camaatı özünün ağ nöyüt ehtiyatını da görərdi. O vaxtlar məscidin arxa hissəsində bir nöyüt çəni də vardı...
























