Alpan kənd orta məktəbi haqqında qısa arayış

1036

    Alpan kəndində ilk dünyəvi məktəb 1910-cu ildə təşkil edilmişdir. Bir sinifdən ibarət olan bu ilk təhsil ocağımız bəy nəslindən olan hörmətli ziyalımız Zaman Qayıbovun mənzilində yerləşmişdir. Bu məktəbdə 12 şagird təhsil alırdı. Məktəbin ilk müəllimi Mariya Timofeyevna olmuşdur.

    1915-ci ildə Alpanda ilk məktəb binası tikilmişdir. Bu binada dörd sinifli ibtidai məktəb təşkil olunmuşdu. Məktəbin müdiri vəzifəsində Qazaxlı Harun müəllim çalışmışdır. 1915-ci ildə tikilmiş bu məktəb binası 1926-cı ildə yanğın nəticəsində fəaliyyətini dayandırmışdır.

    İkinci məktəb binası 1932-ci ildə inşa edilmişdir. Bu bina məktəbin müdiri olmuş Məhəmməd Babayevin  təşəbbüsü ilə tikilmişdir.

    1935-ci ildə Alpan kənd məktəbi natamam orta məktəb statusu almış, bakılı Ələsgər  Ələsgərov həmən məktəbin ilk direktoru olmuşdur.

    Alpan kəndində ilk orta məktəb 1945-ci ildə təşkil olunmuş və təhsil ocağının ilk kamal attestatını sonralar həmin məktəbdə müəllimə işləmiş Cövhərət Yaqubova almışdır.

    Alpan kənd orta məktəbinin ilk tam buraxılışı 1951-ci ildə olmuşdur. Həmin illərdə məktəbin direktoru Alpan kəndinin sakini və tarix müəllimi Daşdəmir Baxış oğlu Hacıyev olmuşdur.

    Alpanda 1969-cu ildə yeni məktəb binası tikilmiş və istifadəyə verilmişdir. Hal-hazırda dərslər bu binada keçirilir.

    Alpan kənd məktəbi fəaliyyət göstərdiyi illərdə aşağıdakı şəxslər məktəbə rəhbərlik etmişlər.

HƏSƏNBALA   SEYİDOV  ( 1943-1945)

DAŞDƏMİR    HACIYEV   (1945-1954)

FAZİL     MİRZƏXANOV   (1954-1955)

RÜSTƏMBƏYLİ   MƏMMƏD   (1955-1958)

ARİF   MEHRƏLİYEV  (1958-1960)

QƏZƏNFƏR   BUTAYEV  (1960-1965)

HACIBƏY  HAŞIMOV  (1965-1966)

CALAL   QƏRİBOV  (1966-1971)

ƏLƏKBƏR   QUBATOV  (1971-1977)

ŞAMİL  QƏHDİRANOV  (1977-1981)

NADİR  XASPOLADOV  (1981-1986)

RAYUB  ŞIXIYEV  (1986-2003)

RAHİB  QUBATOV  (2003 – Hal-hazırda)

    Alpan kənd orta məktəbini  bitirmiş aşağıdakı şəxslər Elmlər Namizədi və Elmlər Doktoru adı alaraq kənd məktəbinin adını fəaliyyət göstərdikləri yerlərdə uğurla təmsil etmiş və təmsil etməkdədirlər.

TƏLƏT  QAYIBOV – biologiya elmləri doktoru, prof.

MƏMMƏD RÜSTƏMBƏYLİ – tarix elmləri namizədi

MİRAB  ƏHMƏDOV – kənd təssərufatı elmləri doktoru

ƏLƏKBƏR  QUBATOV – filalogiya elmləri doktoru

ƏLƏSGƏR  ƏLƏSGƏROV – hüquq elmləri doktoru

KƏNAN  QAYIBOV –  texnika elmləri namizədi

ÇAPAY RƏŞİDOV – coğrafiya  elmləri namizədi

AQİL  ŞAHMURADOV – tarix elmləri namizədi

İSLAM  BƏYƏHMƏDOV – kənd təssərufatı elmləri namizədi

    2002-ci ildən Alpan kənd orta məktəbi Qarabağ müharibəsində kəndimizin ilk şəhidi olmuş Elşad Bayramovun adını daşıyır. (Məlumat üçün qeyd edim ki, bu müharibədə kəndimiz 13 şəhid verib).

    Alpan kənd orta məktəbini 3853 şagird bitirmişdir. Kənd məktəbinin məzunlarından 45 nəfəri zabit kimi fəaliyyət göstərmişlər. Hal – hazırda Azərbaycanın Ordu sıralarında 15 zabitimiz Vətənə ləyaqətlə xidmət göstərirlər.

    P.S. Məlumatları toplamaqda komək etdiyinə görə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əlikişiyev  Maarif  müəllimə minnətdarlığımı bildirirəm.

Müəllif:İlkin R. Balayev

Paylaş
Əvvəlki məqaləSon zəng-2014
Növbəti məqaləKənd məscidi