Kənd məscidi

663


    Din, inam, etiqad… Bu məvhumların insan həyatındakı rolu danılmazdır. Inamsız bir insan bünövrəsi olmayan bir tikiliyə bənzər. Hər hansı bir yüngül zərbənin nəticəsində əzilər, məhv olar. Hələ qədim dövlərdən din insana mənəvi dayaq olmuş, özünə inam yaratmışdır.

    Bildiyimiz kimi, tək allahalılığa  sitayiş olunan dinlər arasında  İslam dini ən son və ən mükəmməlidir.İslam dinin müqəddəs kitabı “Qurani-Kərim”dir. Bu dində Allaha iman gətrilir, peyğəmbəri Məhəmməd peyğəmbər qəbul edilir.

    Qədim tarixi olan Alpan kəndinin əhalisi islam dininə etiqad göstərir. İslam dininin mərasimlərinin icrası zamanı kənd məscidindən istifadə edilir. Alpan kənd məscidi miladi təqviminin 1806-cı ilində İbrahim bəyin rəhbərliyi altında  kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən  inşa edilmişdir. 1814-cü ildən dini istifadəyə verilən kənd məscidi SSRİ-nin yarandığı ilk dövrlərə qədər dini məqsədlər üçün istifadə edilmişdir. Amma, sonrakı illərdə məlum səbəblərdən kənd məscidi 70 il ərzində kolxoz və sovxozun  taxıl  anbarı kimi istifadə edilmişdir (Tarixi məlumatlar daş kitabəyə istinadən verilmişdir.).

    SSRİ dağıldıqdan sonra Azərbaycanın digər yerlərində olduğu kimi Alpan kəndinin camaatının da islam dininə  gizli etiqad etməsinə ehtiyac qalmadı. İslam dinin mərasimlərinin icrası üçün sovet hökumətinin anbar kimi istifadə etiyi köhnə məscidin yenidən bərpasına ehtiyac duyuldu.

    1995-96-cı illərdə kənd əhalisinin təkidi ilə məscidin anbar kimi istifadə edilməsinə son qoyuldu. Bu qərarın verilməsində həmin dövrdə sovxozun direktoru olmuş Tofiq Qubatovun da əməyi böyük olmuşdur. Məscidin təmiri ilə əlaqədar təkliflər irəli sürüldü. İlk çıxış edənlərdən biri də kənd sakini Əlipaşa Murtuzov olmuşdur.

Alpan məsçidi, tarixi məsçid, islam, din, alpan.az

    1996-cı ildən məscidin təmir olunmasına qərar verilmişdir. Bu işin icrasında həmkəndlilərimizdən hüquq elmləri doktoru Ələsgər Ələsgərov və şərqşünas Vidad Ələsgərov məscidin təmir edilməsində yaxından iştirak etmiş və kənd camaatının yanında olmuşdur.

    1998-ci ildən etibarən Alpan kənd məscidi Dini İcmanın Qərargahı və ibadət mərkəzi kimi fəaliyyət göstərir.

    Kənd məscidinin bərpasından sonra məscidin ilk imamı Ələsgərov Vidad Ramazan oğlu təyin edilir (Hal-hazırda dinin icmanın üzvüdür və fəxri imamdır.). 2005-ci ildən etibarən məscidin imamı və Dini İcmanın sədri kimi Bədəlov Bədəl Tərlan oğlu təyin edilmiş və fəaliyyət göstərməkdədidir.

    2007-ci ildə həmkəndlimiz Fəxri Əmirşah oğlu Aydəmirov məscidin təmirinə köməklik etmiş, məscid hasara alınmış, dəstəmazxana inşa etdirmişdir.

    Kənd məscidi hal-hazırda fəaliyyət göstərsə də bir çox problemlər hələ də həllini tapmamışdır. Məsciddə pəncərələrin dəyişdirilməsinə, döşəmənin bərpasına və istilik sisteminin yenidən qurulmasına ehtiyac duyulur.

Müəllif: İlkin R. Balayev