Kəndimizin ilk AYB üzvü- Firəngiz Sabirqızı

1012

           Firəngiz Sabir qızı(Əhmədova) 24 iyun 1982-ci ildə füsunkar təbiətli Quba rayonunun Alpan kəndində anadan olub. Orta məktəbi Alpan kəndində bitirən Firəngiz ixtisasca əməliyyatçı mühasibdir. Firəngiz kəndimizin şairə xanımıdır. Hələ orta məktəb illərindən şeirə,poeziyaya maraq göstərir və kiçik şeirlər yazırdı. Sözün düzü bir sinifdə oxumağımıza baxmayaraq onun şair təbiətli olmasını bildiyim halda şeirlər yazdığını illər sonra bilmişəm və ilk kitabını əlimə alanda təəccübümü gizlədə bilməmişdim.

    Şairənin sözlərinə görə yaradıcılığa 13 yaşından başlayıb. Hazırda yüzlərlə şeir müəllfi olan şairənin iki kitabı işıq üzü görüb. İlk kitabı 2007-ci ildə çap edilmiş “Düşürsən yadıma yaddan çıxmamış” şeirlər kitabıdır. İkinci kitabı uzun fasilədən sonra 2016-cı ildə işıq üzü görüb. “Adını bilmədiyim gül” adlanan şeirlər toplusu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

    Firəngiz müxtəlif məzmunlu şeirlər müəllifidir. O, yaradıcılığında müxtəlif  mövzululara toxunub ki, bu da geniş oxucu kütləsi üçün maraqlıdır. İkinci kitabı uzun fasilədən sonra çap edilməsinə baxmayaraq onun şeirləri yerli mətbu orqanlarında və internet dərgilərində mütamadi işıqlandırılmışdır. Firəngizin öz oxucularına sürprizi də var,belə ki, bu ilin payızında onun oxucuları daha geniş həcmli kitabı ilə tanış ola biləcəklər.

    Şairə xanım Qubada fəaliyyət göstərən “Ay işığı” və “Gülüstan inciləri” şairlər ədəbi məclislərinin üzvüdür.İllər keçib artıq onu nəinki rayonda şair kimi qəbul edirlər(onu  zarafatala ORİJİNAL ŞAİR adlandırırlar) hətta bu yaxınlarda onun Azərbaycan Yazıçılar Birliyinə üzüvlüy imzalanıb. Həm bu münasibətlə və həm də doğum günü münasibətilə onu təbrik edirik. Şairə xanıma yaradıcılıq uğurları arzulayırıq.

            Firəngiz Sabirqızı haqqında ən sevindirici xəbəri isə bu yaxınlarda aldıq. O, yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir. FİRƏNGİZ BU ADA LAYİQ GÖRÜLƏN İLK ALPANLIDIR. Onun uğurlarının davamlı olmasını arzu edirəm.

Müəllif: İlkin R. Balayev